"Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) Nizamnaməsinə uyğun olaraq bütün kateqoriyalı əlilliyi olan insanların və imtiyazlı vətəndaşların sosial və tibbi problemlərinin həlli ilə məşğul olur, yeri gəldikdə ictimai vəkillik edir,onlara psixoloji yardım, hüquqi və sosial xidmətlər göstərir, mədəni istirahətlərini təşkil edir, təhsil, müalicə almasına yardım göstərir və onların sosial-iqtisadi problemlərini ictimailəşdirir. Bundan başqa BƏC İB sağlamlıq imkanları məhdud insanların hüquqlarının qorunmasına və onların problemlərinə həsr edilmiş monitorinqlər aparır, müxtəlif mövzularda dəyirmi masa və görüşlər keçirir, əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət sərgilər təşkil edir, iməciliklər, mədəni-kütləvi tədbirlər, konsertlər və müxtəlif layihələr həyata keçirir.
Koronavirusunla mübarizənin davam etdiyi bu günlərdə təkcə respublikamız üçün deyil, bütün dünya üçün ağır olan bir zamanda da "Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) həmişə olduğu kimi fəaliyyətini davam etdirir.
Mətbuat Şurasının üzvü olan "Əlillər Dünyası Qəzeti Redaksiyası" MMC ilə birgə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB imtiyazlı vətəndaşlarla - bütün növ əlilliyi olan insanlar, qaçqın və məcburi köçkünlər, şəhid və Milli qəhrəman ailələri, Qarabağ əlilləri və veteranları ilə koronavirusla mübarizə mövzusunda maarifləndirmə işləri aparır, lazım gəldikdə onlara psixoloji yardım göstərir, imkan daxilində ərzaq məhsulları ilə köməklik edir. Telefon əlaqələri və onlayn şəkildə daima onların problemlərini diqqət mərkəzində saxlayır, koronavirusla bağlı həyəcan keçirməməyi, möhtərəm Prezidentimizin bununla bağlı verdiyi qərarlara diqqətlə əməl etməyin onlar üçün nə qədər vacib olmasını nəzərə çatdırır.
Bundan əlavə Nizamnamənin 2.2-ci bəndinə əsasən BƏC İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirir. Bu qanunlar sırasında koronavirusla bağlı çıxarılan qərarlar xüsusi yer tutur. Koronavirusun bütün dünyada sürətlə yayıldığı bir zamanda dövlətin xalqa göstərdiyi diqqət və qayğının təzahürü olan bu qanunların yerlərdə düzgün icra olunmasına "Əlillər Dünyası" qəzeti və BƏC İB tərəfindən xüsusi nəzarət ediləcək.
Tahir Xudiyev
"Əlillər Dünyası" qəzetinin Baş redaktoru və
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri
03.04.2020
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD