“Beynəlxalq Əlillər Cəmiyyəti” İB indiyədək bir çox məhbusların ailələrinin sosial problemlərini həll etmişdir.
Bunlardan biri 6 saylı CÇM-da cəzaçəkən məhbus 2-ci qrup əlil Zərbəliyev Gülbaba Rəcəb oğlu sosial problemləri ilə bağlı bizə müraciət etdi. İctimai Birliyin sədri Tahir Xudiyev və əməkdaşları - Adil İbadov və İlahə xanım Gülbaba Zərbəliyevin ailəsinin sosial problemlərini yaxından öyrənmək üçün Kürdəmir rayonu, Xırdapay kəndində oldular.
Məhbusun həyat yoldaşı ümumi səbəbdən 2-ci qrup əlil olan Mirvari Zərbəliyeva bildirdi ki, o, övladları - 1992-ci il təvəllüdlü 21 yaşlı Mənsurə Zərbəliyeva və əkiz qızları - 1993-cü il təvəllüdlü 20 yaşlı Gülbəniz və Aybəniz üçün müəyyən səbəbdən hələ indiyə qədər şəxsiyyət vəsiqəsi ala bilmir və yaşadıqları ünvana qeydiyyata düşmək işində də böyük problemləri var. Bu problemlə bağlı bir çox yerlərə müraciət etdiklərini, lakin heç bir müsbət nəticəsi olmadığını söylədi.
21 yaşına qədər şəxsiyyət vəsiqəsi olmayan bir insanın görəsən bu həyatda nəyi var imiş?!
6 saylı CÇM-da cəzaçəkən imtiyazlı məhbus, 2-ci qrup əlil olan Zərbəliyev Gülbaba Rəcəb oğlunun ailəsinin sosial problemlərinin həlli ilə məşğul olaraq Daxili İşlər Nazirliyinə rəsmi müraciət etdik. Tez bir zamanda Nazirlikdən verilən cavab məktubunda bizə bildirildi ki, artıq məhbusun həyat yoldaşı və övladları şəxsiyyət vəsiqələri ilə təmin olunub və öz evlərinə qeydiyyata götürülüblər.
Beləliklə, İctimai Birlik daha bir məhbus ailəsinin 4 nəfər üzvünün problemlərinin həllinə nail oldu.
Onu da qeyd etmək istəyirik ki, məhkum Gülbaba Zərbəliyivin qardaşı 1-ci qrup əlil Elşad Zərbəliyevin hər iki ayağı 10 ildən artıqdır ki, bud nahiyəsindən yoxdur. Çox təsirlisi budur ki, 10 ildir ki, Elşad Zərbəliyev heç bir yerdə reabilitasiya müalicəsi almayıb, aidiyyəti qurumlarda isə ona laqeyd yanaşırlar. Ayaq protezi və qoltuq ağacı olmadığından Elşad Zərbəliyev çox çətinliklə iməkləyərək hərəkət edir.
Fikrimizcə, əlillərin problemləri ilə bilavasitə məşğul olan aidiyyəti qurumlar öz işlərinə daha məsuliyyətlə və vicdanla yanaşsalar, məhbus Gülbaba Zərbəliyevin ailəsindəki problemlər yaşanmazdı.
Qeyd etmək istəyirik ki, 2011-ci ildən indiyədək məhbus əlillərin özlərinin və ailələrinin sosial problemlərinin həllində Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi “Əlillər Dünyası” qəzetinə və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinə daima dəstək olmuşdur. Bu işdə köməklik edən hər bir kəsə kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD