“Əlillər Dünyası” qəzetinə və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ya Bakı şəhər sakini, imkansız ailə Cabbarov Fərhad müraciət edərək bildirmişdir ki, həyat yoldaşı Cabbarova Nuriyyə 02.01.2012-ci il tarixində kəskin ağrılarla M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qara ciyər, mədəaltı vəzi və öd yollarının cərrahiyyəsi şöbəsində öd daşı xəstəliyindən əməliyyat olunmuşdu. Əməliyyatı həkim Rauf Şahbazov həyata keçirmişdir. Həkim Nuriyyə xanımdan bu əməliyyat üçün külli miqdarda pul istəmişdir. Maddi imkanı olmayan Nuriyyə xanım məcburiyyət qarşısında qalaraq zinət əşyalarını satıb həkimin istədiyi məbləği vermişdir. Əməliyyatdan əvvəl Nuriyyə Cabbarovanın ailəsi onu Ultra Səs Müayinəsi etməsini tələb etmişlər. Lakin həkim köhnə USM-nin cavabı ilə kifayətlənmiş, N.Cabbarovanı USM–i etmədən əməliyyat etmişdir. Əməliyyatdan 3 gün sonra Nuriyyə Cabbarova yenidən kəskin ağrılar hiss etməyə başlamışdır. Dəfələrlə həkimə müraciət edərək ağrıları olması barədə bildirsə də, Rauf Şahbazov “keçib-gedər”, deyib əhəmiyyət verməmişdir. Fevral ayının sonlarında N.Cabbarovanın rəngi saralmış, ağrıları daha da kəskinləşərək dözülməz həddə çatdığı üçün onun həyat yoldaşı bizə müraciət etmişdir. Bizim və 5 saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin köməkliyi ilə N.Cabbarova ödənişsiz olaraq USM aparatından keçirildi. Məlum oldu ki, onun öd yolunda 3 mm–lik daş qalıb. Bunu bilən həkim Rauf Şahbazov iddia edərək bildirmişdir ki, mən öz işimə 100 faiz cavabdehlik daşıyıram, bu 3 mm-lik daş mənim etdiyim əməliyyatdan sonra təzə əmələ gəlib.
Həkimlər arasında keçirdiyimiz sorğular nəticəsində bildirdilər ki, ay yarıma 3 mm-lik daşın əmələ gəlməsi qeyri-mümkündür. N.Cabbarovanın yaxınları tərəfindən haqlı olaraq Fuad həkimdən pulu geri qaytarması tələb edilsə də, həkim hər vəchlə özünü təmizə çıxarmaq istəmiş, pulu qaytarmaqdan imtina etmişdir. Bizim müdaxiləmiz və köməkliyimizlə pul həkimdən tam şəkildə alınaraq N.Cabbarovaya qaytarılmışdır.
Bundan sonra 5 saylı Şəhər Klinik Xəstəxanasında N.Cabbarovanın müalicəsi davam etdirilmiş, onun kritik vəziyyətdən çıxarılması üçün uzun müddətli müalicə aparılmışdır. Müalicədən sonra N.Cabbarova Neftçilərin Mərkəzi Xəstəxanasında endoskopiya şöbəsində yenidən əməliyyat olunmuş, öd kanalında qalan daş çıxarılmışdır.
Bizim fikrimizcə, insanların həyatı ilə oynayan belə savadsız və bacarıqsız həkimlər bu adı daşımağa layiq deyillər, əsil həkim adına layiq olanları da hörmətdən salırlar. İnsanların sağlamlığı keşiyində dayanmağa Hippokrat andı içən belə dırnaqarası həkimlər öncə Ulu Tanrı, sonra isə qanun qarşısında cavab verməlidirlər.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD