"ƏLİLLƏR DUNYASI" QƏZETİ VƏ "BEYNƏLXALQ ƏLİLLƏR CƏMİYYƏTİ" İCTİMAİ

“Əlillər Dünyası” qəzeti və "Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın xanımı Feyt Pirs Morninqstarın şərəfinə Abşeron Rəsm Qalereyasında sağlamlıq imkanları məhdud olan uşaqların rəsm əsərlərindən və digər əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə 6 nəfər fiziki qüsurlu şəxsin 50-yə yaxın rəsm əsəri və digər əl işlərinin nümayiş etdirilmişdir. Bu sərginin təşkil olunmasında əsas məqsəd sağlamlıq imkanları məhdud olan istedadlı uşaqların, onların əl işlərinin dünya ictimaiyyətinə tanıdılması, onlarda həyata və yaradıcılığa olan marağı daha da artırmaq və onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə köməklik göstərmək və bu mövzuda beynəlxalq aləmdəki əlil təşkilatlar ilə əməkdaşlıq etmək və dostluq əlaqələri qurmaqdan ibarət olmuşdur.

Sərgidə çıxış edən cəmiyyətin sədri və qəzetin baş redaktoru Tahir Xudiyev sərgi haqqında ümumi məlumat vermiş, bu sərginin təşkil olunmasının əsas məqsədindən söz açmış və bu cür istedadlı insanların əməyinə qiymət verməyin vacibliyindən danışmışdır. Həmçinin sərgidə iştirak edən Amerika səfirinin həyat yoldaşı xanım Morningstar da çıxışında və KİV üçün verdiyi müsahibəsində bu sərginin ona çox xoş təsir bağışladığını və keçirilən sərgilərin içərisində ən çox bəyəndiyi sərgilərdən biri olduğunu qeyd etmişdir. O, bunu sərgidən sonra İctimai Birliyin sədri Tahir Xudiyevə xüsusi ünvanladığı məktubunda da vurğulamışdır. Sərgidə nümayiş etdirilən bir neçə əl işləri xanım Morningstara hədiyyə edilmişdir. Xanım Morningstar həmin məktubunda hədiyyə üçün bir daha təşəkkür etmiş və həmin hədiyyələrin səfirlikdə təşkil edilmiş xüsusi guşədə yer aldığını bildirmişdir. Həmçinin sərgidə əl işləri nümayiş etdirilən fiziki qüsurlu insanlara - Raya Mirzəyeva, Vasif Nəcəfli, Həsənağa Quliyev, Diana Bayramova, Ümid Cümşüdov və Aybəniz Nəsirovaya ayrı-ayrılıqda təşəkkürünü bildirməyi xahiş etmişdir.

Xanım Morningstar “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xudiyev tərəfindən təşkil olunmuş bu zəhmət tələb edən sərgini, sağlamlıq imkanları məhdud olan bu uşaqlara göstərilən diqqət və qayğını çox yüksək qiymətləndirmişdir. O eyni zamanda bildirmişdir ki, "Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin Cəzaçəkmə Müəssisələrində olan sağlamlıq imkanları məhdud insanlar ilə keçirdiyi bütün görüşlərdən, tədbirlərdən məlumatlıdır və bu təşəbbüsü yüksək qiymətləndirir. Amerika səfirinin xanımı ilə bərabər onun tərcüməçisi və səfirliyin Mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev də sərgidə iştirak etmişlər.

Tədbirdə iştirak edən Ombudsman Aparatının Baş məsləhətçisi Muqalib Mahmudov isə bu sərginin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün stimulverici tədbir olduğunu, onlarda yaradıcılığa olan marağı daha da artırdığını və bu kimi tədbirlərin tez-tez təşkil olunmasının vacibliyini söyləmişdir. Həmçinin sərgidə iştirak edən Almaniya səfirinin səlahiyyətli nümayəndəsi xanım S. Kristina da sərgi barədə öz xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür. Eyni zamanda tədbirdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov da iştirak etmişdir.

Sərgidə İTV, AZƏRTAC və digər KİV nümayəndələri, tanınmış elm və incəsənət xadimləri, dövlət təşkilatları və QHT-lərin, digər səfirliklərin və beynəlxalq təşkilatların, həmçinin ictimaiyyət nümayəndələri də iştirak etmişdir. Ümumilikdə sərgiyə 300-ə yaxın insan qatılmışdır. Sərgi gələn qonaqlara çox xoş təəssürat bağışlamışdı.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union