Bu gün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin kollektivi və yüzə yaxın əlil üzvləri 3 Dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə iməcilik keçirmişdir. Cəmiyyətin Naxçıvan MR-da, respublikamızın Oğuz, Masallı, Ucar, Lənkəran, Tovuz rayonlarında və Bakı kəndlərində yaşayan üzvləri də bu iməcilikdə iştirak etdilər. Cəmiyyətin və qəzetin Nizami rayonu ərazisindəki mərkəzi ofisinin qarşısında yerləşən parkda keçirilən bu xoşməramlı iməcilikdə bağın abadlaşdırılması, təmizlik işlərindən əlavə bağın yaşıllaşdırılması və gözəlləşdirilməsi məqsədilə orada 120 ədəd “Leylandra” adlı şam ağacı əkilmişdir. Əkilmiş ağacların xüsusi su maşını vasitəsilə suvarılmasında Nizami Rayonu İcra Hakimiyyətinin bilavasitə köməyi oldu.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev bildirdi ki, hələ 2005-ci ildə bu sahədə “Əlillər Dünyası” qəzetinin kollektivi tərəfindən Novruz bayramı münasibətilə iməcilik keçirilmiş, 50 ədəd ağac əkilmiş və su xətti çəkilmişdir. Lakin o vaxt əkilən bu 50 ədəd ağac naməlum səbəbdən yoxa çıxmış və çəkilən su xətti kəsilərək ləğv edilmişdir.
Tahir Xudiyev sözünə davam edərək bildirdi ki, bu iməcilik 3 Dekabr- Beynəlxalq Əlillər Gününə və günü–gündən gözəlləşən şəhərimizə əlillərin bir töhfəsidir. Bağın Neftayırma zavodunun yaxınlığında və insanların daha sıx yaşadığı bir ərazidə olduğunu, həmçinin bu ərazidə bir neçə mötəbər dövlət və ictimai təşkilatların yerləşdiyini nəzərə alsaq, keçirilən iməciliyin ekologiyanın yaxşılaşdırılmasına olan müsbət təsirini qeyd etməmək olmaz.
İməcilikdə Nizami Rayonu İcra Hakimiyyətinin məsul işçisi, ictimaiyyət və KİV nümayəndələri də iştirak edirdilər.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD