Penitensiar Xidmətlə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında imzalanmış “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” adlı Tədbirlər Planına müvafiq olaraq 14 yanvar 2012-ci il tarixində ƏN PX-nin 11 saylı Cəzaçəkmə Müəssisəsində “Əlilliyi olan məhkumların sosial adaptasiyasının həyata keçirilməsi qaydalarının izah edilməsi” mövzusunda seminar-treninq keçirilmişdir.
Tədbirdə 36 nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, inspektoru, ədliyyə baş-leytenantı Ramin Osmanov, 11 saylı CÇM-nın rəis müavini, ədliyyə polkovnik-leytenantı Səyavuş Məmmədov, CÇM-nın Tərbiyə İşinin Təşkili Şöbəsinin rəisi, ədliyyə mayoru Hüseyn Şahverdiyev, dəstə rəisləri iştirak etmişlər.
Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Natavan Tahirova çıxış etdilər.
Mövzu ilə əlaqədar əlil məhkumlarla söhbət aparılmışdır. Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar cavablandırılmış, onların söylədikləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD