ƏN PX-in 16 saylı CM-da tədbir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq indiyədək bir çox Cəzaçəkmə Müəssisələrində əlil məhbuslarla görüşlər keçirilmişdir.
Müxtəlif qruplu əlilliyi olan məhkumlarla növbəti tədbir Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirildi. Tədbirdə 22 nəfər əlilliyi olan məhbuslar, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin hüquqşünası Səhəddin Cəfərov, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru Əli Nəbiyev, 16 saylı CM-nın təlim-tərbiyə işinin təşkili üzrə rəis müavini Rasim Bayramov və dəstə rəisləri iştirak etmişlər.
Məlumat üçün bildiririk ki, bu CÇM-də əvvəl də əlil məhbuslarla görüş keçirilmişdir. Həmin görüşdən sonra əlil məhbusların problemləri İctimai Birlik tərəfindən aidiyyatı dövlət qurumlarına çatdırılmış və müvafiq cavablar alınmışdır. İndiki görüşdəki məqsəd qaldırılmış problemlərin nəticələri barəsində söhbət aparmaq və digər məhbusların problemləri ilə tanış olmaq idi.
2-ci qrup əlil məhbus, məcburi köçkün Şahmurad İbayev çıxış edərək birinci tədbirdən sonra onun ev probleminin həlli ilə əlaqədar İctimai Birliyin etdiyi müraciətin nəticələri barədə danışmış və İB-ya təşəkkürünü bildirmişdir. Ş.İbayev ona ailə üzvləri tərəfindən verilmiş məlumata əsasən bildirmişdir ki, birinci tədbirdən sonra onun ev probleminin həlli ilə bağlı aidiyyatı dövlət qurumu tərəfindən xüsusi komissiya təşkil edilərək onun ailəsinin yaşayış şəraiti ilə maraqlanmış və müsbət həlli yolunda işlər aparılmışdır.
Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Əli Nəbiyev, Səhəddin Cəfərov, Rasim Bayramov çıxış etmişlər.
Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar cavablandırılmış, onların irəli sürdükləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır.
Tədbirlər Planına müvafiq olaraq, ƏN PX ilə bu səpkidə tədbirlər CÇM-da davam etdiriləcək və əlil məhkumlarla bağlı müəyyən problem və çətinliklər ictimai nəzarətə götürüləcəkdir.
Eyni zamanda gələcəkdə İB tərəfindən əlil məhbusların ailə üzvlərinin sosial problemlərinin həll edilməsinə köməklik göstərmək və digər sağlam məhbusların əlil olan övladlarının inkluziv fərdi təhsilə cəlb edilməsi istiqamətində işlər aparılması, bu problemlərin həlli üçün aidiyyatı dövlət qurumları qarşısında vəsatət qaldırılması nəzərdə tutulur.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union