"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə ağır itki üzv verdi-İctimai Birliyin üzvü, Qarabağ müharibəsi veteranı, Ağdamın Ətyeməzli kəndində dünyaya göz açmış Ağayev Vidadi Vasif oğlu 03.11.2019-cu il tarixində 58 yaşında vəfat etmişdir. Onu bildirmək istəyirəm ki, onun itkisi Vidadini yaxından tanıyan insanlara sözün əsil mənasında böyük zərbə oldu. Vidadi sənəddə qəhrəman yox, əsil xalq qəhrəmanı idi. Vidadini tək Qarabağlılar deyil, Azərbaycanın bütün bölgələri çox gözəl tanıyırdı. Vidadi Əfqanınstanda ən qızğın döyüşlərdə də iştirak etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə isə Vidadi əsil əfsanəvi qəhrəmanlıq göstərib. Dəfələrlə yaralansa da sağalandan sonra yenidən döyüşlərə qatılıb. Özünü reklam etməyi xoşlamazdı. Veteran, məcburi köçkün sözlərini özünə sığışdırmırdı. Söhbət zamanı döyüşlərdə aldığı yaralara görə ona əlillik dərəcəsi düşdüyünü təkidlə desəm də, Vidadi bu barədə düşünmədiyini, yalnız torpaqlarımızın azad olunmasını arzuladığını bildirirdi. Həmişə deyirdi ki, murdar erməni bizim azərbaycanlı xanımların namusuna sataşıb, torpağı əldən gedibsə mən deyə bilmərəm ki, döyüşmüşəm. Torpağı tapdaq altında olan, qızları-qadınları murdar erməni əsirliyində olan bir xalqın milli qəhrəmanı ola bilməz deyirdi. Ona görə də nə veteran, nə də məcburi köçkün kimi heç bir hüququndan istifadə etmədi. Evdar qadın olan həyat yoldaşını və övladlarını gözüyaşlı, köməksiz qoyaraq haqqın dərgahına qovuşdu. Vidadinin qardaşları da özü ilə bərabər şərəfli döyüş yolu keçiblər. Onlar hamısı Ağdamdan ən son çıxanlardan olmuşdular. Hələ gənc vaxtlarında 1980-ci illərdə sovet dövründə işlədiyi dükanın müdiri yaşlı, ailəli bir insanı həbs etmək istəyirdilər. Ahıl yaşlı, ailəli olmasını nəzərə alaraq Vidadi onun səhfini öz üzərinə götürərək onun əvəzinə cəza çəkmişdi. Vidadi həyata kişi kimi gəldi, kişi kimi də getdi.
Vidadi, Allah sənə qəni-qəni rəhmət eləsin, sənin keçdiyin həyat yolun və ölümün bəzilərinə örnək olsun.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri
04.11.2019
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD