Görülən nümunəvi işlər dövləti xalqa sevdirmək deməkdir

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 3 Dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə silsilə tədbirlər həyata keçirmişdir.
İctimai Birlik bu səpkidə növbəti tədbiri bu yaxınlarda Qarabağda- Ağdam və Bərdə rayonlarında keçirdi. Sədr Tahir Xudiyevlə bərabər İB-in nümayəndələri Ağdamın Çəmənli, Mahrızlı, Quzanlı və Qaradağlı, Bərdənin isə Piyadalar kəndlərində 30 nəfər serebral iflic xəstəsinin evlərində olmuş və 18 nəfər müxtəlif dərəcəli əlillərlə görüşlər keçirmişdir. Görüş zamanı ailələrin sosial problemləri öyrənilmiş, əlil uşaqların valideynlərini maraqlandıran suallar cavablandırılmış və bu mövzuda hüquqi maarifçilik işləri aparılmışdır.
Ağdamda tədbirin keçirilməsində Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova və Elbrus Abbasov “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşlarına yaxından köməklik göstərmişlər.
Qeyd etmək istəyirik ki, Elbrus Abbasov əvvəllər “Neftçi” futbol komandasının hücumçusu olmuşdur. SSRİ-nin Beynəlxalq dərəcəli idman ustası, 1977-ci ildə SSRİ-nin ən məhsuldar hücumçusu olmuşdur. Hazırda “Azərel” voleybol komandasının vitse-prezidenti, AFFA Futbol Federasiyasının Qarabağ (Ağcabədi, Bərdə, Ağdam, Tərtər) bölgəsi üzrə koordinatorudur. YAP-ın üzvüdür. Maraqlı məqam odur ki, xəstə uşaqların ailələrində olarkən onların Elbrus müəllimə böyük hörmətlə yanaşdıqlarının şahidi olduq. Məlum oldu ki, Elbrus müəllim bu ailələrin problemləri ilə yaxından tanışdır. Humanist bir insan kimi doğma ata qayğısı ilə yanaşaraq daim onlara maddi və mənəvi dayaq olur. Hətta 2 nəfər əlilə öz şəxsi vəsaiti hesabına əlil arabası hədiyyə etmişdir. Ümumiyyətlə, Elbrus müəllim öz xeyirxah əməlləri ilə Ağdamda, eləcə də Qarabağda hamının sevimlisinə çevrilmişdir.
Baş çəkdiyimiz ailələrdə Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasovanı səmimiyyətlə, mehribanlıqla qarşılayırdılar. Xəstə uşaqlardan Gülnar xanımı necə tanıdıqları barədə soruşduqda dedilər ki, Gülnar xanım və onun rəhbərlik etdiyi səhiyyə şöbəsinin həkimləri mütəmadi olaraq ailələrdə olur, xəstələrə lazımi tibbi yarım göstərməklə bahəm onlara ana qayğısı ilə yanaşırlar. Demək istərdik ki, digər bölgələrin səhiyyə işçiləri də Ağdam səhiyyə işçilərinin işindən nümunə götürməlidirlər.
Ağdamda uşaq serebral iflic xəstələrinin sayının belə çox olması ilə maraqlandıqda, Gülnar xanım fikrini belə ifadə etdi ki, bu xəstələrin sayının çoxluğu müharibənin törətdiyi fəsadlardan, hamiləlik zamanı anaların keçirdiyi həyəcan və stresslərdən irəli gəlir.
Ağdamda olarkən insanların yaşayış səviyyəsinin çox aşağı və acınacaqlı olmasının şahidi olduq. İnsanların üzündə sevinc, təbəssüm görmədik. Belə nəticəyə gəlmək olar ki, müharibə şəraitində yaşadıqlarından gənc ailələrin yaşayış səviyyəsi aşağı olduğundan, işsizlikdən, hamilə anaların lazımınca qidalanmamasından, valideynlərin keçirdiyi həyəcan və stressdən irəli gələrək dünyaya gələn uşaqların əksəriyyəti fiziki qüsurlu doğulur ki, bu da əlilliyin artmasına səbəb olur.
Ən təəssüf doğuran məqam odur ki, hətta bir ailədə 3-4 nəfər serebral iflic xəstəsi olanlar var. Məsələn, Ağdamın Üçoğlan kəndində olarkən əvvəllər Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin sürücüsü olmuş Əliyev Mübariz Lənkəran oğlunun ailəsində olduq. Mübariz Əliyev Qarabağ müharibəsi veteranıdır, yaralanmış, sağalandan sonra yenidən döyüşə qayıtmışdır. Mübariz Əliyevin 3 nəvəsi anadangəlmə uşaq serebral iflic xəstəsidir.
Məlumat üçün bildiririk ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” adlı birgə Tədbirlər Planı imzalanmışdır. Tədbirlər Planına müvafiq olaraq əlil məhbusların sosial məsələlərinin həllinə köməklik məqsədilə indiyədək müxtəlif Cəzaçəkmə Müəssisələrində olmuşuq.
Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsindən Cəmiyyətimizə daxil olan müraciətə əsasən qadın Cəzaçəkmə Müəssisəsində cəzaçəkən 1975-ci il təvəllüdlü Zülfüqarova Ruqiyyə Fazil qızı bu yaxınlarda cəza müddəti bitdiyi üçün azadlığa buraxılacaq. Ruqiyyə Zülfüqarovanın verdiyi məlumata görə, özünün evi yoxdur. 5, 14 və 16 yaşlı 3 övladı isə bacısının himayəsində, Bərdə rayonu, Xətai küçəsi, ev 103-də yaşayırlar. Bərdə rayonunda olarkən R. Zülfüqarovanın azadlığa çıxdıqdan sonra ehtiyac üzündən yenidən cinayət törətməməsi üçün ailəsinin maddi vəziyyətinin çox aşağı olmasını nəzərə alaraq, onun aztəminatlı ailə kimi ünvanlı sosial yardım alması işinə köməklik məqsədilə müəyyən işlər apardıq. Bakıya qayıtdıqdan sonra İB-in sədri Tahir Xudiyev Bərdə Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sədri Rauf Rahimovla telefon əlaqəsi saxlamış və məsələnin həlli ilə maraqlanmışdır. Rauf Rəhimov söylədi ki, komissiya təşkil edilmiş və R.Zülfüqarovanın bacısının evində olmuşlar, onların şəraitləri ilə maraqlanmışlar. Məhbuslar azadlığı çıxdıqdan sonra dövlət tərəfindən onlara birdəfəlik verilməsi nəzərdə tutulan 300 manatın alınmasında çətinliklərlə üzləşmələrindən narazılıqlarını bildirirdilər. Bərdə Rayon ƏSMM-ın sədri öz növbəsində R. Zülfüqarovanın lazımi sənədlərini təqdim etdikdən sonra heç bir süründürməçilik olmadan həm birdəfəlik müavinətin, həm də ünvanlı sosial yardımın alınmasında lazımi köməklik göstərəcəyini bildirdi.
Əlil ailələrinin problemləri ilə tanış olduqda bir məsələdən bütün ailələrin narazı olduğunun şahidi olduq: anadangəlmə və hər hansı bir hadisə nəticəsində (qəza nəticəsində, təbii fəlakət, müharibə zamanı və s.) sonradan qazanılmış xəstəliklərlə əlaqədar olaraq kənar şəxsin köməyinə ehtiyacı olan əlillərə baxan valideynlər və onların doğmaları buna görə heç bir müavinət almırlar, yalnız təqaüdə çıxanda onlara iş stajı hesablanır. Anadangəlmə xəstəliyi olan uşaqlara 55 manat təqaüd verilir. Maddi vəziyyəti çox aşağı olan, yaşayış səviyyəsi acınacaqlı olan bu ailələr isə böyük ehtiyac içərisində öz övladlarına baxmaq məcburiyyətindədirlər.
İctimai Birlik kimi vətəndaş cəmiyyəti olaraq bunu haqlı narazılıq hesab edirik. Məlumdur ki, dövlət tərəfindən təhkim edilən qəyyumlar əməkhaqqı alırlar. Hesab edirik ki, öz övladlarına və doğmalarına qəyyumluq edən insanlara diqqət və qayğı artırılmalı, onlar üçün də maliyyə dəstəyi nəzərdə tutulmalıdır. Yəqin ki, aidiyyati qurumlar bizim bu təklifimizi nəzərə alarlar...

Görülən nümunəvi işlər dövləti xalqa sevdirmək deməkdir.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union