İctimaiyyət üçün yazılan bu yazını xahiş edirəm hamı paylaşsın.
Görün bu tikinti şirkətləri sakinlərin başına necə oyun açır. Tikinti şirkətlərinin özbaşınalığının qarşısını ala bilən bir dövlət qurumu yoxdur. Hansı dövlət təşkilatına müraciət edirsən deyirlər ki, şirkətin daxili işidir. Amma Nizami rayonunda 6 il bundan əvvəl başlayan söküntü zamanı sabiq icra başçısı Arif müəllim şəxsən özü sakinlər qarşısında çıxış edərək bildirdi ki, mən Prezidentin səlahiyyətli nümayəndəsi kimi tikintinin 2 il müddətinə başa çatacağına söz verirəm. Sakinlər də inanaraq şəxsi evlərindən çıxdılar. 2 ilə təhvil verilməli olan bina 6 ildir ki, hələ də “tikilməkdədir”. Bununla bağlı dövlət təşkilatlarına saysız-hesabsız şikayətlər etsək də etinasız yanaşıldı. Çıxış yolunu mitinqdə görərək Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirməyə icazə verməsi üçün müraciət etdik. Lakin sonra bunun çıxış yolu olmadığını başa düşərək sivil yolla haqqımızı tələb edərək bu məsələni ictimailəşdirmək qərarına gəldik.
"Əlillər Dünyası" qəzetindən
28.07.2021
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD