“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi üzvlərinin cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etmək məqsədilə həyata keçirdiyi işlər sırasında 30 iyun tarixində əlil ailələrinin övladları və əlil uşaqlardan ibarət 60 nəfərlik bir qrupla Şəki şəhərinə ekskursiya təşkil etmişdir. Ekskursiya İctimai Birliyin Novxanı kəndi üzrə Nümayəndəliyinin koordinatoru Lalə Abuzərovanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçmişdir. Ekskursiya zamanı onlar respublikamızın mədəniyyət ocaqları olan Şəki xan sarayında, Şəki Şəhər Tarix-diyarşünaslıq və Şəki Tətbiqi Əl İşləri Muzeylərində, Şəki Karvansarasında olmuşlar.
Onu da qeyd etmək istəyirik ki, İB-in rəhbərliyinin rəsmi müraciətini nəzərə alaraq, həmin ərazilərdə ekskursiyanın pullu olmasına baxmayaraq, İB-in üzvlərinə xüsusi qayğı göstərilmiş və onların təmənnasız istirahətinə şərait yaradılmışdır. İB-in üzvləri bu ekskursiyadan çox məmnun qalmış, bu gəzintinin onların səhhətinə müsbət təsir etdiyini, onlarda yüksək əhval-ruhiyyə yaratdığını bildirmişlər.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD