İctimai Birlik

İctimai Birlik
İctimai Birlik
İctimai Birlik
İctimai Birlik
İctimai Birlik
İctimai Birlik
İctimai Birlik
İctimai Birlik
İctimai Birlik
İctimai Birlik

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) "Əlillər Dünyası" qəzeti ilə birgə artıq bir neçə ildir ki, "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə əlaqədar tədbirlər həyata keçirir.Bu il də ənənəvi olaraq İctimai Birlik 30 noyabr tarixində əməkdaşlıq etdiyi "Xəzər" Universitetində "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı  tədbir keçirdi. Tədbirdən əvvəl “Beynəlxalq Əlillər Cəmiyyəti” İB İdarə Heyətinin hecabat xarakterli yığıncağı keçirildi. İdarə Heyətinin üzvü Məlahət Abdullayeva İctimai Birliyin gördüyü işlər barədə məruzə etdi. İctimai Birliyin ümumi fəaliyyəti iştirakçılar tərəfindən müsbət qəbul edildi.Hesabat yığıncağından sonra Universitetin "Mərmər zalı"nda "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı keçirilən tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Tahir Xudiyev bildirdi ki, 3 dekabr– Beynəlxalq Əlillər Günü bayram günü deyil, aidiyyəti dövlət və qeyri-dövlət təşkilatlarının, bütövlükdə cəmiyyətin diqqətini bu qəbildən olan insanların mövcud problemlərinin həllinə yönəltməkdən ibarətdir. Əlilliyi olan şəxslərin ləyaqətinin qorunması, hüquqlarının müdafiəsi və sosial rifahının yaxşılaşdırılması üçün zəruri olan bütün dəstəyi səfərbər etmək, onların cəmiyyətə fəal şəkildə inteqrasiyasına nail olmaq lazımdır. İctimai Birlik də fəaliyyət göstərdiyi  zaman ərzində əlilliyi olan insanların sosial problemləri ilə maraqlanmış, monitorinqlər keçirmiş, aidiyyəti təşkilatlara əlilliyi olan insanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə  təkliflər irəli sürmüşlər. Tədbirdə qonaq qismində iştirak edən respublikanın xalq artisti, professor, dünya şöhrətli tarzən Ramiz Quliyev həmin günə 6 tədbirə dəvət almasına baxmayaraq, bu tədbirə qatılmaqla əlilliyi olan şəxslərlə birgə olmağa üstünlük verdiyini söylədi.BƏC İB İdarə Heyəti üzvü, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatıçısı,  1-ci qrup əlil Rasim Gənzəli, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müşaviri  Zümrüd Səmədova, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin Şöbə müdiri Kamil Məhərrəmov çıxış edərək “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in fəaliyyətini yüksək qiymətləndirmiş və gələcək fəaliyyətində uğurlar arzulamışlar.BƏC-in Hüquqi işlər üzrə təlimatçısı, ədliyyə müşaviri Fərman Rzayev öz çıxışında yüksək dövlət vəzifəsində çalışmasına baxmayaraq, vətənimizin müdafiəsini vacib saydığı üçün ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ağır yaralanaraq əlil olmuş insan kimi bu qəbildən olan insanları daha yaxından başa düşdüyünü, onlara daima diqqət və qayğı göstərilməsinin vacibliyini vurğuladı.BƏC İB-in üzvü, müğənni Kamil Ağazadə və İB-in Mədəniyyət şöbəsinin uşaqlardan ibarət rəqs qrupu, 1 saylı Psixiartiya Xəstəxanasının pasiyentlərindən ibarət pantomim teatrı, Xalq artisti Mənsum İbrahimovun tələbələri,  BƏC İB-in üzvü, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov, 1-ci qrup gözdən əlil, şairə Ülkər Atəş, 2-ci qrup əlil Nərgiz Məmmədova bir-birindən gözəl ifaları ilə tədbirə xüsusi rəngarənglik gətirdilər.

                        Tədbirdə Dini Qurumlarla İş üzrə Təşkilat Komitəsinin əməkdaşı Orxan Masayev, Daxili İşlər Nazirliyinin əməkdaşları,                     Nizami Rayon Polis İdarəsinin     Rəis müavini Zaur İsayev,  Səhiyyə Nazirliyinin əməkdaşı Nurəddin Abdullayev,                                   Nəqliyyat,   Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Nərgiz Əliyeva, ƏN Penitensiar Xidmətinin əməkdaşı                       Süleyman Salayev, Psixi Sağlamlıq   Mərkəzinin direktoru, professor Fuad İsmayılov, Ailə, Qadın və Uşaq   Problemləri                         üzrə Dövlət Komitəsinin əməkdaşı Ramin Fərəcov, AMEA HİHİ-nun Direktor müavini, professor, BƏC İB İdarə Heyəti üzvü                   Lalə Əhmədova, AMEA Həmkarlar   İttifaqınin sədr müavini Samirə Hacıyeva, Səhiyyə Nazirliyi 1 saylı Respublika                                 Psixiatriya Xəstəxanasının nümayəndə heyəti, Malayziya səfirliyinin səlahiyyətyli  nümayəndəsi xanım Azri Hazvani Abdul-                   Aziz, Qırmızı Xaç Cəmiyyətinin  əməkdaşı Leyla Həsənova, "Loqos" Psixoloji Mərkəzin Baş psixoloqu Elmira  Mirzəyeva,                     BƏC İB Mətbuat Xidmətinin əməkdaşı, "Həkəri" qəzetinin Baş  redaktoru Rauf İlyasoğlu, ŞAYHM-ın sədri Rövşən                                 Ağamalıyev, "Mina  Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək" İB-in Sədri  Məmmədhəsən Həsənov,                      "Qarabağ Əlilləri və Veteranları"İB-in Sədri, Azərbaycanın ilk snayper qadını Növrəstə Yusifova, "Beynəlmiləlçi Əlil                                 Döyüşçülər Fondu"nun  prezidenti Sərraf Orucov və bir çox səfirliklər və beynəlxalq təşkilatlar, QHT, KİV   və ictimaiyyət                         nümayəndələri, şəhid ailələri, əlilliyi olan insanlar iştirak edirdilər.

                   Bundan əlavə tədbirdə əlilliyi olan insanların əl işlərinin satış-sərgisi nümayiş olundu.

                               Qeyd edək ki, əməkdaşlıq etdiyimiz "Xəzər" Universitetinin  Psixologiya Departamentinin koordinatoru, Xəzər                             Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova tədbirin təşkilində böyük dəstək göstərdi.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union