“İslam Ölkələri Əlilləri” İB-in təqdimatı keçirildi

“İslam Ölkələri Əlilləri” İB-in təqdimatı keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini dəstəkləmək məqsədi ilə “İslam Ölkələri Əlilləri” İctimai Birliyi təsis edilmişdir. “İslam Ölkələri Əlilləri” İB artıq 2008-ci ildən fəaliyyət göstərən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB ilə qarşılıqlı əməkdaşlıq edir və birgə fəaliyyət göstərir.

Aprel ayının 14-də AMEA Mərkəzi Elmi Kitabxanada “İslam Ölkələri Əlilləri” İB-in geniş təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan “İslam Ölkələri Əlilləri” İB-in sədri, fəlsəfə üzrə elmlər doktoru, Qabaqcıl maarif xadimi Mir Müstqətil Ağayev İB-in fəaliyyətinin əsas məqsədinin Azərbaycanda, İslam ölkələrində yaşayan bütün kateqoriyalı əlilliyi olan insanlar arasında əməkdaşlıq münasibətlərinin inkişafına kömək etməkdən, onların sosial müdafiəsini gücləndirməkdən, beynəlxalq əlil ictimai birlikləri və digər humanitar təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması yolu ilə onların cəmiyyətə inteqrasiyasına nail olmaqdan ibarət olduğunu bildirdi.

                    İB-in əməkdaşlıq etdiyi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev çıxışında qeyd etdi ki, əməkdaşlıq zamanı həyata keçirəcəkləri digər tədbirlərlə yanaşı İslam ölkələri ərazisindəki münaqişə zonalarında törədilən terror və qadağan olunmuş kimyəvi silahlardan istifadə olunması nəticəsində günahsız uşaqların, qadınların, qocaların, ümumilikdə dinc əhalinin kütləvi şəkildə məhv edilməsi, sağlamlığına ziyan vurulması və nəticədə əlilliyə məhkum olunmasına hamı kimi onlar da bir ictimai birlik olaraq etirazlarını  bildirəcəklər. Tahir Xudiyev onu da qeyd etdi ki, möhtərəm Prezidentimizin verdiyi hər bir sərəncamın icrasına yalnız dövlət deyil, həm də bütün ictimai birliklər, eyni zamanda hər bir vətəndaş dəstək olmalı, hər kəs öz yerində öz işi ilə bacardığı köməkliyi göstərməlidir.

Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru, BƏC İB-in İdarə Heyəti üzvü Leyla xanım İmanova çıxışında hər iki təşkilatın işində uğurlar arzuladı.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov IV İsalm Oyunlarının qalib iştirakçıları üçün təsis olunmuş medalları ilk dəfə olaraq bu tədbirdə nümayiş etdirdi və keçiriləcək Oyunlar zamanı əlilliyi olan insanlar üçün də dəvətnamələrin veriləcəyini də bildirdi.

 Tədbirdə çıxış edənlər- İraqın ölkəmizdəki səfirinin müavini Abdul Hakim Əlyas, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin Attaşesi Dr. Səid Kdım, AMEA-nın Həmkarlar Komitəsinin Sədr müavini, professor Habil Qurbanov, Penitensiar Xidmətin İdarə rəisi İntiqam Əliyev, Ombudsman Aparatının şöbə müdiri Müqalib Mahmudov, AİJA-nın prezideünti Eldar İsmayılov, “Həkəri” qəzetinin Baş redaktoru, BƏC İB-in Mətbuat xidmətinin rəhbəri Rauf İlyasoğlu, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Ruslan Əsgərov, Dövlət Statistika Komitəsinin aparat rəhbəri Cabbar Musayev, “Xocalı Soyqırımının Tanıdılması” İB-sədri Şamil Sabiroğlu, “Həsrət yolu” Əsir və Girovlara Kömək İB-in sədri Esmira Orucova Azərbaycanda İslam Həmrəyliyi İlinin elan olunmasını dəstəklədiklərini bildirdilər və yenicə təsis olunmuş “İslam ölkələri Əlilləri” İB-in işində uğurlar arzuladılar.

 “İslam Ölkələri Əlilləri” İB-in İdarə Heyəti üzvləri Cavanşir Rzazadə, Əli Mahmudov və Fəxrəddin Əliyev İB-in yaranma səbəbləri və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB ilə qarşılıqlı əməkdaşlıq edərkən görüləcək işlərdən danışdılar.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin, Nəqliyyat və Rabitə Nazirliyinin, Respublika Vereranlar Təşkilatının, Bakı Şəhər Yaşıllaşdırma Departamentinin , Ailə,  Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri, QHT və KİV nümayəndələri də iştirak edirdilər. 

Tədbir zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in istedadlı üzvü Azər Əsədovun taxta üzərində oyma sənəti üzrə hazırladığı əl işlərinin satış-sərgisi də təşkil edilmişdi.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union