“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirir.
Layihə zamanı həssas sosial qruplara aid imtiyazlı vətəndaşların - bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər görülür, onlarla maarifləndirmə işləri aparılır, eyni zamanda onlara psixoloji xidmət göstərilir.
Bu gün İctimai Birliyin psixoloqu İbrahim Əsədli 2-ci qrup əlil Nizami Əfəndiyevlə görüşmüş, ona psixoloji yardım etmişdir. Ziyalı insan olan Nizami Əfəndiyev 2021-ci lin sonlarında koronavirus xəstəliyinə yoluxmuşdu, virus xəstəliyindən sağalsa da bu onun sağlamlığına çox mənfi təsir edib. O, çox əsəbi olub, yuxusuzluqdan əziyyət çəkir, psixoloji gərginlik keçirir. Psixoloq İbrahim Əsədli ilə görüşü ona xeyli müsbət təsir etdi. İbrahim həkim Nizami Əfəndiyevə bir neçə bitki tərkibli lazımi dərman preparatları da təyin etdi və daha gözəl nəticə əldə etmək üçün növbəti dəfə də psixoloji seans keçməyi məsləhət gördü.
Mətbuat Xidməti
11 mart 2022-ci il
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD