Azərbaycan RespubliВ¬kasının Prezidenti yаnında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi 01.04.2011-ci ildən 01.08.2011-ci il tarixinədək "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" adlı layihə həyata keçirir.
Layihənin icrasının birinci mərhələsi 01.04.2011-ci il tarixində başlanmış, 01.06.2011-ci il tarixində başa çatmışdır. Layihənin icrası ilə əlaqədar hazırlıq işləri görülmüş, müvafiq nazirliklərə, layihənin əhatə etdiyi rayonların yerli icra orqanlarına rəsmi məktublarla məlumatlar verilmişdir.
100 nəfərə yaxın əlil uşağı olan valideynlər, əlil uşaqların təhsili ilə məşğul olan icra orqanlarının işçiləri arasında mövzu ilə əlaqədar şifahi sorğular aparılmış və əlil uşaqların təhsili ilə bağlı onların məlumatsızlığı müəyyən edilmişdir. Ona görə də maarifləndirmək məqsədilə əlil uşaqların təhsili ilə əlaqədar milli qanunvericilik sənədləri, qanunlar, qərarlar, qaydalar, əsasnamələr və təlimatların toplandığı 500 nüsxədən ibarət "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitab layihə çərçivəsində Birlik tərəfindən nəşr olunmuş, ABŞ-ın, Almaniyanın, Türkiyənin Azərbaycandakı səfirliklərinə təqdim edilmiş və ictimaiyyət arasında geniş şəkildə yayılmışdır. Kitab səfirliklər tərəfindən müsbət qarşılanmışdır. Kitabın nəşri, ümumiyyətlə layihənin həyata keçirilməsinin ABŞ-ın Azərbaycandakı səfiri cənab Metyu Brayza tərəfindən yüksək qiymətləndirilməsi barədə rəsmi məktub İctimai Birliyə daxil olmuşdur.
50-dən çox evdə fərdi təhsilə cəlb edilmiş əlil uşaqların ailələrində uşaqlarla, onların valideynləri ilə söhbət və izahat işləri aparılmış, onlarla aparılan təlim-tərbiyə işlərinin vəziyyəti öyrənilmişdir.
19 may 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yаnında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatoru Nigar Ağakişiyeva tərəfindən İctimai Birliyin ofisində layihənin icrası ilə əlaqədar monitorinq aparılmış, monitorinq nəticəsində heç bir nöqsan aşkar olunmamışdır.
Layihənin birinci mərhələsinin icrası üçün ayrılmış maliyyə vəsaitinin icrası ilə əlaqədar maliyyə hesabatı hazırlanmış və Azərbaycan RespubliВ¬kasının Prezidenti yаnında Qeyri-Hökumət TəşkilatВ¬larına Dövlət Dəstəyi Şurasına təqdim edilmişdir.
Hazırda Bakı şəhərinin Xətai və Sabunçu rayonları, Ağdam və Xaçmaz rayonlarında layihənin ikinci mərhələsinin icrası davam etdirilir.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD