Müharibə əlilləri və şəhid ailələrinin maarifləndirilməsi layihəsinə start verib

Azərbaycan Respublikasının Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi   "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihənin icrasına başlayıb.

Üç ay davam edəcək layihə zamanı Vətənimizin azadlığı uğrunda Birinci və İkinci Qarabağ müharibəsi, Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması ilə nəticələnən Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində şəhid olmuş igidlərimizin ailə üzvlərinin, müharibə veteranları və əlilləri, eləcə də müxtəlif dərəcəli əlilliyi olan şəxslərin mövcud problemləri öyrəniləcək, tibbi-sosial problemlərinin həllində onlara aidiyyəti dövlət təşkilatları vasitəsi ilə köməklik göstəriləcək.

Bundan əlavə şəhid ailələri, müharibə veteranları və əlilləri, imtiyazlı şəxslər və bütün kateqoriyadan əlilliyi olan insanların hüquqi maarifləndirilməsi məqsədi ilə dövlət qurumlarının məsul əməkdaşlarının dəvət olunacağı televiziya verilişləri təşkil olunacaq, həmçinin 4000 illik tarixə malik Yardımlı rayonunun Perimbel kəndində şəhid ailələri, qazilər və bütün kateqoriyadan olan əlilliyi olan insanlarla görüşərək problemləri  öyrəniləcək və həllinə köməklik göstəriləcək. Onları maraqlandıran suallar cavablandırılacaq.   

Məlahət Abdullayeva

Mətbuat Xidmətindən

03.06.2024

Новости

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union