Hicri-qəməri tarixi ilə 1435-ci ilin Məhərrəm ayının əvvəlində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin 2 nəfər əlil üzvü və 2 nəfər isə hüquqşünasları xeyirxah insanların dəstəyi ilə Kərbəla və Məşhəd ziyarətgahlarında olmuşlar. Həmin günlər ərzində onlar İraqın Kərbəla, Nəcəf, Kufə şəhərlərində olan İmam Hüseyn(ə) məzarını, Kərbəla şəhidlərinin məzarını, Hz. Əbülfəzil-Abbasın məzarını, Məhəmməd Füzulinin məzarını, İmam Sadiq(ə) məzarını, Hz. İmam Əli(ə) evini və məzarını, Məşhəddə İmam Rza(ə) məzarını, ümumilikdə 80-dən yuxarı ziyarətgahları ziyarət etmişlər. Onların müşahidələri və əill insanlarla görüşləri zamanı söylədiklərinə əsəsən bütün bu ziyarətgahlarda zəvvarlar üçün gözəl şərait yaradılmışdır. Xüsusilə əlil zəvvarların rahat ziyarət etmələri üçün pantuslar qurulmuş, bütün yerlər ehtiyat əlil arabaları ilə təmin olunmuşdur. İraq xalqı çox sadə, səmimi, qonaqpərvərdir. Ziyarət müddətində bütün zəvvarlar kimi Cəmiyyətimizin və qəzetimizin üzvləri üçün də hər cür şərait yaradılmışdır. Bunun üçün “Hicaz” Turizm şirkətinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.
Arzumuz odur ki, ürəyində bu müqəddəs yerləri ziyarət etmək istəyində olan hər bir kəs niyyətinə qovuşsun!
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD