Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuraya təkrar seçkilər keçirildi. İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilmişdir. 13.07.2021-ci il tarixində keçirilən ilkin seçkilərdə "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Gəray Əlibəyov səs çoxluğu ilə Şuraya üzv seçildiyindən, bu günki seçkilərdə 48 nəfər vətəndaş cəmiyyəti nümayəndələrindən 8 nəfər boş qalan yerlərə seçildi.
Qeyd etmək istəyirik ki, vətəndaş cəmiyyətləri üzvlərindən ibarət olan seçicillər arasında müşahidə olunan qruplaşmalar təəssüf hissi doğurdu.
Lakin buna baxmayaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilən bir neçə layiqli üzvləri, eləcə də “Xan Şuşinski Fondu”nun rəhbəri Bəyimxanım Verdiyevanı təbrik edir, öz işlərini layiqincə icra etmələrini arzulayırıq.
Tahir Xudiyev
“Əlillər Dünyası” qəzetindən
16.07.2021
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD