Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqları müzakirə edildi

Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqları müzakirə edildi
Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqları müzakirə edildi

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrinin birgə müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanova BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 2008-ci ildə Azərbaycan tərəfindən qəbul olunmasını və Konvensiyanın icrası istiqamətində qabaqcıl dünya təcrübəsi əsasında ölkəmizdə bir çox müsbət yönümlü işlərin görüldüyünü qeyd etdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə vətəndaşların, o cümlədən əlillərin yaşayış tərzinin yaxşılaşdırılmasına yönəlmiş yenilikləri konkret rəqəmlərlə iştirakçıların diqqətinə çatdırdı.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Təhsil Nazirliyinin və digər dövlət təşkilatlarının, əlilyönümlü ictimai birliklərinin nümayəndələri BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrini geniş müzakirə etdilər, müxtəlif təkliflər irəli sürüldü. “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli söz alaraq respublikamızda autizm xəstəliyinin problemləri ilə bağlı çıxış etdi.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurasının əməkdaşı Elnur Bağırlı, Ombudsman Aparatının məsul işçiləri Yeganə Cəfərova, Müqalib Mahmudov və digər əməkdaşları da iştirak edirdilər.

Dəyirmi masanın sonunda tədbirdə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev respublikada ilk dəfə olaraq onun rəhbərlik etdiyi İctimai Birlik tərəfindən icra edilən və hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihə çərçivəsində nəşr edilmiş “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabını nazir Səlim Müslümova təqdim etdi.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union