“Beynəlxalq Əlillər Cəmiyyəti” İB
“Əlillər Dünyası” qəzeti
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetinin ofisinə bir qrup hərbçi polis əlillər gələrək bildirdilər ki, onların təqaüdləri vaxtlı-vaxtında verilmir. Söylədilər ki, onların bir çoxu bankdan kredit götürmüşlər. Təqaüdlərini vaxtında ala bilmədiklərinə görə bank faizlərini də vaxtında ödəyə bilmədikləri üçün onlar dəfələrlə bank tərəfindən cərimələniblər. Məlumat üçün bildiririk ki, bizə təqaüdçülər tərəfindən edilən müraciətlərə əsasən bir vətəndaş cəmiyyəti və mətbu orqan kimi əvvəllər də biz DSMF-ya bu barədə müraciətlər etmiş və vəsatət qaldırmışdıq. Bu yaxınlarda isə əlil-məhkumların və təqaüdçülərin problemlərinin həlli ilə bağlı yenə də müraciət etmişik. Amma çox təəssüflər olsun ki, yenə də DSMF–nin əməkdaşları özlərini təmizə çıxarmaq üçün yeni-yeni bəhanələr gətirirlər.
Məlumat üçün bildiririk ki, bizə hələ bir neçə il öncə hərbçi veteran və polis işçiləri Qarabağ müharibəsi veteranı kimi aldıqları müavinətin 6 aylarla verilməməsi ilə bağlı müraciət etmişdilər. O vaxt bizim “Əlillər Dünyası” qəzetinin əməkdaşları DSMF-nın Mətbuat xidmətinin rəhbəri Əli müəllimin vasitəsilə Hərbiləşdirilmiş Xüsusi Departamentin sektor müdiri Taliyə xanımla görüşmüş və bu barədə geniş müsahibə götürmüşlər. Qeyd etmək lazımdır ki, Taliyə xanım da öz növbəsində bu işlərin müsbət həlli yolunda işlər görmüşdür.
İndi isə müxtəlif regionlardan hərbçi polis əlillər və veteranlar bizə müraciət edib təqaüdlərinin gecikmələrlə verilməsindən gileylənirlər. Biz onların iştirakı ilə DSMF-nın Hərbi qulluqçular və rütbəli şəxslərlə iş Departamentinin direktoru Çingiz Əliyevlə telefon əlaqəsi saxladıq. Çingiz müəllim bu geçikdirmələri büdcədən pul köçürülməməsi ilə bağladı və bildirdi ki, mart ayının 1-nə kimi onların təqaüdləri ödəniləcək. Buna baxmayaraq, hələ də bizə müraciətlər edilir. DSMF tərəfindən təqaüdçülərin və əlillərin pensiyalarının ləngidilməsi bizdə də çox təəccüb və təəssüf hissi doğurur...
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD