“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq ƏN PX-nın 8 saylı Cəzaçəkmə müəssisəsində əlil məhkumların hüquqları və sosial müdafiəsi ilə bağlı geniş tədbir həyata keçirilmişdir.
Tədbirdə 15 nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, 8 saylı CÇM-nın tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Elxan Bağırov iştirak etmişlər.
Mövzu ilə əlaqədar Tahir Xudiyev, Natəvan Tahirova çıxış etmişlər. Aparılmış söhbət zamanı 10 nəfər əlil məhkum T. Xudiyevə sualla müraciət etmişlər. Onları maraqlandıran suallar cavablandırılmış, mövcud qanunvericilik çərçivəsində onlarla maarifləndirmə işləri aparılmışdır. 5 nəfər əlil məhkumun söylədikləri problem və çətinliklər isə qeydiyyata götürülmüşdür. Hazırda həmin problemlərinin müsbət həlli istiqamətində işlər aparılması üçün aidiyyəti dövlət təşkilatlarına müraciətlər edilmişdir.
Onu da qeyd etmək istəyirik ki, bu həmin müəssisədə keçirilən ikinci görüş idi. 8 saylı CÇM-dakı əvvəlki tədbirdən sonra əlil məhkumların problemləri ilə bağlı aidiyyəti təşkilatlara bir neçə müraciət etmişdik. Bu müraciətlərdən biri orada cəzaçəkən məhkum Qafarov Alik Binyət oğlunun öz xahişi ilə etdiyimiz müraciət idi. Alik Qafarov 1977-ci ildə 11 yaşında olarkən elektrik qatarının altına düşdüyündən hər iki ayağı kəsilmişdir. Onun əlillik haqqında olan TSEK-dən verilən arayışı istintaq vaxtı naməlum səbəbdən işə əlavə edilməmişdir. Odur ki, biz istintaq vaxtı A. Qafarovun dizdən aşağı hər 2 ayağının olmamasına görə 1-ci qrup əlilliyinin nəzərə alınmaması barədə aidiyyəti dövlət təşkilatları və qurumlar qarşısında vəsatət qaldırmışdıq. İkinci dəfə 8 saylı CÇM-da olarkən A. Qafarovun bu yaxınlarda ümumi caza müddətinin 3/4 hissəsini çəkdiyinə, nümunəvi davranış, əməkdə, təhsildə və ictimai işlərdə fəallığına görə şərti olaraq vaxtından əvvəl cəza çəkməkdən azad edildiyini eşitdik. A. Qafarovun azadlığa çıxması doğmaları və yaxınları kimi bizim kollektivi də sevindirdi.
Sonda 8 saylı CÇM-nın rəis müavini Elxan Bağırov çıxış edərək əlil-məhkumların problemləri ilə maraqlandıqları üçün İctimai Birliyin əməkdaşlarına təşəkkürünü bildirmişdir.
Tədbirlər Planına müvafiq olaraq ƏN PX ilə birgə bu səpkidə görüşlər davam etdiriləcək, əlil məhkumların müəyyən problem və çətinlikləri ictimai nəzarətə götürüləcəkdir.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD