Prezidentə müraciət

Prezidentə müraciət
Prezidentə müraciət

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti heç bir yerdən maliyyə mənbəyi olmadan fəaliyyət göstərir. 10 fevral 2011-ci il tarixində Zaqatala rayonu Muxax kənd sakini Nurayev Rüstəm Oruc oğlu İctimai Birliyin ofisinə gələrək hər iki təşkilatın fəaliyyət göstərməsinə köməklik etmək üçün iş qurmaq adı ilə üzvlərimiz olan əlillərin şəxsi əmlakını banka girov qoyduraraq 8 min (səkkiz min)  ABŞ dolları məbləğində pul almışdır.

         Ertəsi gün Nurayevin hərəkətlərində və sözlərində yalan və dələduzluq olduğunu başa düşərək pulu tez geri qaytarmağı tələb etdik. Lakin o, artıq Türkiyəyə iş qurmağa getdiyini bildirərək pulu qayrarmaqdan imtina etdi. Biz tez bir zamanda aidiyyəti üzrə dövlət və hüquq mühafizə orqanlarına, həmçinin Zaqatala Rayonu Məhkəməsinə müraciət etdik. Məhkəmə pulun tam qaytarılması barədə qərar çıxartdı. Əlillər, hətta böyük məhkəmə oyunlarına da rast gəldilər. Belə ki, 2012-ci ildə MM-nin 448.2-ci və MM-nin 449.1-ci maddələrinə əsaslanaraq,  bütün tələb olunan sənədləri əlavə edib Zaqatala Rayon Məhkəməsinə idda ərizəsi ilə müraciət etdik. 29.10.2012-ci il tarixində İş N2(033)-799/2012 saylı Qətnamə ilə Zaqatala Rayon Məhkəməsi 8 (səkkiz) min ABŞ dollarının geri qaytarılması barədə qərar çıxardı. Daha sonra  hakimin  8(033)-122013 saylı 08.02.2013-cü il tarixli qərardadı ilə cavabdeh Nurayev Rüstəm Oruc oğluna məxsus  dövlət qeydiyyat nişanı 62 BE d527, markası VAZ-2206 və qeydiyyat nişanı 62 BF 394, markası VAZ 21124 olan minik  avtomobilərinin  üzərinə həbs qoyuldu. 05.08.2013-cü ildə avtomobillər saxlanca verildi.

         Təəssüf ki, 31.07.2013-cü il tarixli 8(033)-12 saylı qərardad ilə avtomobillərinin üzərindən həbs götürüldü. 07.08.2013-cü il tarixdə Zaqatala Məhkəməsinin Zaqatala rayon icra qrupuna daxil olmuş qərardadda  minik avtomobillərinin axtarışından imtina edilmişdir. İcraçıların dediyinə görə, Rüstəm məhkəməyə gəlmiş avtomobillərinin üzərindən həbsi ləğv etdirmişdir.

         Maraqlıdır, axtarışda olan şəxs qəflətən peyda olur, qərarı ləğv etdirir və yenidən axtarışa verilir.

         Əlillər və əlilliyi olan şəhid ailələri üzvlərinin çoxlu sayda etiraz və  şikayətlərini  nəzərə alaraq Zaqatala Rayon Məhkəməsində  2015-ci ildə bi işə yenidən baxılmışdır. Bu məhkəmənin qərarı ilə Rüstəm Nurayevin işi  həyat yoldaşı  Məlahət Nurayevanın üzərinə  yönəldilmişdir. Onların birgə əmlakına daxil olan və rayonun Yuxarı Çardaxlı kəndində yerləşən 0.4370 ha  torpaq sahəsini pul əvəzinə əlillərə vermək qərara alınmışdı. Əlillər əlacsız qalıb təklifi qəbul etsələr də, məhkəmə məxfi olaraq torpağı yenidən dolayısıyla sahibinə qaytardı.

         Özünü Türkiyədə iş adamı kimi təqdim edən bir fırıldaqçı maddi dəstəyə ehtiyacı olan insanların saflıq və etimadından istifadə edərək onlara həm də mənəvi ziyan vurdu. Kömək üçün üz tutduqları hüquq-mühafizə orqanlarının öz vəzifələrindən sui-istifadə edən bəzi məmurları onların ümidlərini puça çıxartdı. Bundan ziyan çəkən iki nəfər əlilimiz də artıq dünyasını dəyişmişdir. Bu işdə bilavasitə günahkar olan Zaqatala Rayon İcra İdarəsinin rəisi Hikmət Darçınov hazırda  Balakən Rayon İcra İdarəsinin rəisidir.  

         Möhtərəm Prezident!

         Çox təəssüf ki, 5 ildən artıqdır ki, məhkəmə icraçıları öz vəzifələrini layiqincə yerinə yetirmir, süründürməçilik edir, bizə saxta vədlər verir. Son ümid yerimiz Sizsiniz, cənab Prezident! Sizə müraciət edir, Sizdən kömək diləyirik əlilliyi olan insanlardan alınan  8 (səkkiz) min ABŞ dolları məbləğində pulun geri qaytarılmasına köməklik göstərməyinizi xahiş edirik.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union