Xalqımızın yaşayış səviyyəsinin acınacaqlı, aşağı olduğu bir vaxtda minik avtomobili olan insanlar ailəsini dolandırmaq üçün evdən çıxır. Bunların arasında aztəminatlı ailə başçıları, xəstə və əlilliyi olan insanlar da az deyil. Dünyanın heç bir yerində Azərbaycanda olan qədər kameralar yerləşdirilməyib. Mənim özüm dünyanın bir çox inkişaf etmiş ölkələrində olmuşam, heç yerdə kameraların quraşdırılması bizdəki qədər deyil. Kameraların əleyhinə deyiləm. Müharibədən yeni çıxmış bir dövrdə hələ də təxribatçı qüvvələr az deyil. Həm də cinayətkarlığın qarşısının alınmasında da bu kameraların böyük rolu var. Əxlaqsız insanlar, cinayətkar ünsürlər də kameraların olması ilə məsuliyyət hiss edirlər. Mən şəxsən bunu müsbət hal sayıram. Sual çıxır meydana, görək bu kameralar başqa əlavə hara xidmət edir? Cinayətkarlardan, təxribatçılardan qorunmaq üçündür, yoxsa rüşvəti bu yolla qanuniləşdirməyə çalışan bəzi məmurlar üçündür? Hər bir kameranı vəzifəli şəsxlər özləri üçün ticarət obyektinə və qazanc mənbəyinə çevirib. Kameralar nə vergi ödəyicisidir, nə də nəzarət onlara xüsusi nəzarət yoxdur. Edilən cərimələr bəzi azğınlaşmış və harınlamış məmurların övladlarını daha da harın yaşatmasına şərait yaradır. Bunun qarşısını alan, dur deyən bir qüvvə tapılmır. Nəqliyyat departamentinin əməkdaşları da bir tərəfdən maşını saxlayan kimi maşının şəklini çəkirlər. Hər yer kameradır. Hətta aptekin qarşısında saxlayıb dərman almaq da olmur, bir şüşə su almaq üçün mağazanın qarşısında maşını saxlamaq olmur, tez cərimə yazırlar. Bir belə kamera, cərimə olar? Ticarət obyektlərinin qarşısında dayanma-durma nişanı qoyulmur, gizli formada maşının şəkli çəkilir, hər yerdə cərimələr tətbiq olunur. Artıq hər bir sürücü demək olar ki, ayda 4-5 dəfə cərimə olunur. Evdən ailəsini dolandırmaq üçün çıxan insanlar yersiz cərimələr ödəyərək evə qayıdırlar. Addımbaşı kameralar, cərimələr sürücüləri cana yığıb. Bu da xalqı narazı salır. Bu yersiz cərimələr dözülməz həddə çatdırılıb. Həmin bu məmurlar elə bil düşünülmüş şəkildə xalqla dövləti üz-üzə qoyurlar. Dövlət də öz tədbirini görməlidir.
P.S. Bu yazını yazarkən bir hadisə yadıma düşdü: 2019-cu ildə “3 Dekabr-Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Heydər Əliyev Sarayında təbdir keçirərkən 15 gün öncə Bakı Şəhər Nəqliyyat Departamentinə rəsmi müraciət edərək tədbirə gələcək insanların əksəriyyətinin əlilliyi olan insanlar olmasını (bəziləri öz maşınları ilə gəlmişdi, digərləri isə ailələri tərəfindən maşınla gətirilmişdi) nəzərə alaraq maşınların Sarayın qarşısında saxlanılması üçün cərimə tətbiq edilməməsini xahiş etmişdik. Lakin çox təəssüf olsun ki, o maşınların hamısına cərimə yazılmışdı. Biz də bundan çox xəcalət çəkdik. Halbuki onların özləri ilə şifahi danışıldıqdan sonra, özlərinin razılığı ilə rəsmi məktub ünvanlamışdıq. Bunlar üçün vətən, dövlət, vətəndaş yoxdur, ancaq şəxsi maraqlarını güdürlər.
"Əlillər Dünyası" qəzetindən
06.09.2021
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD