“Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirir. Layihə zamanı həssas sosial qruplara aid imtiyazlı vətəndaşların tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər görülür, onlarla maarifləndirmə işləri aparılır, eyni zamanda onlara psixoloji xidmət göstərilir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvü, bu layihədə könüllü kimi iştirak edən İlham Agayev də psixoloji dəstəyə ehtiyacı olduğunu bildirib. Belə ki, o, uzun müddətdir ki, şəxsi mülkü olan mənzilinə əlavə olunan sahələrə görə yeni çıxarış almaq üçün çalışır. Lakin bununla bağlı İqtisadi İnkişaf Nazrliyinin yanında əmlk verilən cavab məktubunu ASAN xidmətdə heçə saymaqları,-get özünə vəkil tut, işini həll et-deməkləri ona psixolji cəhətdən çox pis təsir edir. Bu gün İctimai Birliyin psixoloqu İbrahim Əsədli İlham Ağayevlə görüşərək söhbət etmiş, yaranan bu gərginliyin aradan qaldırılması üçün psixoloji cəhətdən yardım göstərmişdir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB də sənədin düzəldilməsi üçün İlham Ağayevə hüquqi cəhətdən lazımi köməkliyi göstərəcək.
Mətbuat Xidməti
15 mart 2022-ci il
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD