Bu gün 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi, “Erməni təcavüzünün tanıdılması“ İctimai Birliyi və “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyi 120 nəfərdən ibarət üzvləri ilə birgə Quba məzarlığını ziyarət etmişlər. Onlar 1918-ci ildə Azərbaycanlıların erməni daşnakları tərəfindən soyqırıma məruz qaldıqlarını unutmayan 1000-lərlə insanın Quba məzarlığını ziyarət etdiyini söyləmişlər. “Erməni təcavüzünün tanıdılması“ İctimai Birliyinin sədri Səriyyə Cəfərova və “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva “Xatirə Kitabı”nda ürək sözlərini yazmış və TV-lərə müsahibə də vermişlər.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev öz çıxışında bildirmişdir ki, ərazisinin 20 faizi işğal olunmuş, əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün düşmüş, eləcə də 100-lərlə insanı əlil olmuş terrordan əziyyət çəkən Azərbaycan xalqının nümayəndələri və ictimai birliklərin liderləri kimi harda baş verməsindən asılı olmayaraq bütün dünyada terroru lənətləyirik. Həmçinin bu yaxınlarda səfər edəcəyi xarici ölkələrdə, həmişə olduğu kimi, Azərbaycan həqiqətləri barədə məlumat verəcəyini də bildirdi.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD