“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” 10 mart 2011-ci il tarixində Tədbirlər Planı imzalanmışdır.
Tədbirlər Planına müvafiq olaraq indiyədək bir neçə Cəzaçəkmə Müəssisələrində əlil məhbuslarla görüşlər keçirilmişdir.
Bu gün isə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə müqəddəs Qurban Bayramı münasibətilə ƏN PX-nin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən 500 nəfərə yaxın məhbuslar üçün tədbir həyata keçirmişdir.
Tədbirdə İB-in üzvləri- rəssam, 1-ci qrup əlil, 1995-ci il təvəllüdlü Cümşüdov Ümid Fərhad oğlunun muncuqla düzmə dekorativ sənəti üzrə işlədiyi əl işləri, rəssam, 1948-ci il təvəllüdlü Sadıxov Sadıx Abbas oğlunun isə yağlı boya ilə işlədiyi rəsm əsərləri nümayiş etdirilmişdir. Sərgi məhbuslar tərəfindən böyük maraqla qarşılanmışdır.
İB-in Mədəniyyət və İncəsənət Bölməsinin rəhbəri, anadangəlmə xəstəliyi ilə əlaqədar 1-ci qrup əlil olan 1990-cı il təvəllüdlü müğənni Murad Sadıx da məhbuslar qarşısında rəngarəng konsert proqramı ilə çıxış etmişdir. Həmçinin CM –da cəzaçəkən istedadlı məhbuslardan ibarət “Həkəri” qrupu da öz proqramları ilə çıxış etmişlər.
Tədbirdə çıxış edən İB-in sədri Tahir Xudiyev 11 saylı CM-dakı insanları müqəddəs Qurban Bayramı münasibətilə təbrik etmişdir. O, söyləmişdir ki, həyata keçirilən bu cür tədbirlər CM-da cəzaçəkən insanlarda yüksək əhval-ruhiyyə yaratmaqla psixi gərginliyi aradan qaldırır, gələcəkdə normal həyata qayıtmaq üçün gərəkli olan sosial münasibətləri bərpa etmək üçün psixoloji yardım edir, onların cəmiyyətə inteqrasiya etmələrinə kömək olur. Tahir Xudiyev eyni zamanda bu tədbirlərin həyata keçirilməsi üçün şərait yaratdığına görə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Nazirliyin Penitensiar Xidmətinin rəisi, polis general-mayoru cənab Mədət Quliyevə dərin minnətdarlığını bildirmişdir. O, həmçinin indiyədək İB tərəfindən digər CM-larda da tədbirlərin təşkil edilməsində və həyata keçirilməsində bilavasitə yaxından kömək edən PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan xanım Tahirovaya da təşəkkürünü bildirmişdir.
Tədbirdə iştirak edən PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini İntiqam Əliyev, Natəvan Tahirova və İB-in Novxanı nümayəndəliyinin rəhbəri Lalə Abuzərova hamını qurban Bayramı münasibətilə təbrik etmişlər.
11 saylı CM-nın rəisi, polkovnik Fikrət Qafarov çıxış edərək bu tədbirdən məmnun qaldıqlarını bildirmiş və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyevə öz təşəkkürünü bildirmişdir. Sonda isə həmin gün ad günü olduğu üçün məhbusların hazırladıqları 1 ədəd nərd taxtası Murad Sadıxa, 1 ədəd rəssam Ümid Cümşüdova, 1 ədəd isə İB-in üzvlərinə hədiyyə edilmişdir.
Tədbirlər Planına müvafiq olaraq, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən bu səpkidə tədbirlər ƏN Penitensiar Xidməti ilə birgə mütəmadi olaraq davam etdiriləcəkdir.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD