“Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında

Azərbaycan Respubli­kasının Prezidenti yаnında Qeyri-Hökumət Təşkilat­larına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyi 01.04.2011-ci ildən 01.08.2011-ci il tarixinədək “Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi” adlı layihə həyata keçirir.

25 may 2011-ci il tarixində “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyi  “TREND”  Xəbərlər Şirkətində “Əlil uşaqların təhsilə cəlbi vəziyyətinin monitorinqinin gedişi və layihə çərçivəsində nəşr olunmuş  “Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu”     adlı kitabın təqdimatı”na həsr olunmuş    Mətbuat Konfransı keçirmişdir. Konfransda alimlər, ziyalılar, QHT rəhbərləri, mütəxəssislər və KİV nümayəndələri iştirak etmişlər.

Konfransı giriş sözü ilə İctimai Birliyin sədri, layihənin rəhbəri Tahir Xudiyev açmışdır.  O, layihənin məqsədi, monitorinqin gedişi barədə Konfrans iştirakçılarına qısa məlumat vermiş və Konfransın layihə çərçivəsində monitorinq barədə ictimaiyyəti məlumatlandırmaq və maarifləndirmə məqsədilə keçirildiyini bildirmişdir.

Monitorinqin gedişi zamanı görülmüş işlər barədə Birliyin təhsil üzrə eksperti Nizami İsmayılov Konfrans iştirakçılarına geniş məlumat vermişdir.

Sonra İctimai Birlik tərəfindən layihə çərçivəsində nəşr olunmuş  “Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu”     adlı kitabın təqdimatı keçirildi. Kitabın redaktoru, Qafqaz Universiteti Elmi Araşdırmalar Mərkəzinin asistenti  Faiq Babayev kitabda toplanmış materiallar haqda məlumat vermiş və  kitabın nəşrinin valideynlər , əlil uşaqların təhsili ilə məşğul olan təşkilatlar üçün  maarifləndirmə məqsədi daşıdığını bildirmişdir.

Konfransda Birliyin İdarə Heyətinin üzvü, AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun aparıcı elmi  işçisi, fəlsəfə elmləri doktoru, “Qabaqcıl Maarif Xadimi”  Mir Müstəqil Ağayev , Azərbaycan Respublikası Uşaq Təşkilatının nümayəndəsi Aynur Babayeva,  “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Xanım Əhmədzadə, Birliyin üzvü, təqaüddə olan müəllim Sultan Hüseynov çıxış etmişlər. Sonra Birliyin əməkdaşları KİV nümayəndələrinin və iştirakçıların suallarını cavablandırmışlar.

Konfransda birmənalı olaraq qeyd edilmişdir ki, monitorinqin gedişi zamanı geniş ictimaiyyətə məlum olmayan, valideynləri tərəfindən qapalı saxlanılan təhsildən kənar və fitri istedadlı əlil uşaqlar vardır. Onların həyata inteqrasiyası sahəsində faktiki olaraq heç bir iş görülməmişdir. Bunun başlıca səbəbi isə layihənin əhatə etdiyi coğrafiyada valideynlərin əlil uşaqlarının təhsili haqqında öz hüquqlarını bilməməsi, yerli icra orqanlarının işçilərinin əlil uşaqların təhsili ilə bağlı hüquq və vəzifələri barədə məlumatsız olmalarıdır. Müəyyən edilmişdir ki, monitorinqin əhatə etdiyi ərazidə əlil uşaqları olan valideynlərin 70-80 faizi bu uşaqların həyata inteqrasiyası sahəsində öz hüquq və vəzifələrini bilmirlər. Ona görə də bu sahədə ciddi maarifləndirmə və izahat işlərinin aparılmasına zəruri ehtiyac vardır. 

Konfransda həmçinin Vətəndaş Cəmiyyəti İnstitutunun nümayəndəsi Taleh Əliyev, “Dirçəliş” GSPRM sədri İslam Baxşəliyev, “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin Şimal, Cənub və Qarabağ bölgələri üzrə nümayəndələri  və başqaları iştirak etmişlər.

            Birliyin sədri Tahir Xudiyev Konfransı yekunlaşdırmış, Konfrans iştirakçılarına və monitorinqin gedişinə yüksək səviyyədə əməli köməklik göstərdiklərinə görə Səhiyyə Nazirliyi və onun yerli orqanlarına, Abşeron rayon və Sumqayıt şəhər icra hakimiyyətlərinə və onların yerli nümayəndələrinə minnətdarlığını bildirmiş, eyni zamanda təəssüf hissi ilə qeyd etmişdir ki, rəsmi dəvət göndərilməsinə baxmayaraq, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri əlil uşaqların təhsilinə və sosial müdafiəsinə bilavasitə cavabdehlik daşıdıqları halda, dövlət, xalq və Böyük Allah qarşısında savab olan bu işə laqeyd və etinasız  münasibət göstərərək Konfransa gəlməmişlər.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union