Hicri-qəməri tarixi ilə 1435-ci ilin (2013-cü il) Məhərrəm ayının əvvəlində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin hüquqşünasları - Səhəddin Cəfərov və Kamal Quliyev, İdarə Heyəti üzvü Məlahət Abdullayeva, Sədr və Baş Redaktor Tahir Xudiyev Kərbəla və Məşhəd ziyarətində olmuşlar. Həmin günlər ərzində onlar İraqın Kərbəla, Nəcəf, Kufə şəhərlərində olan İmam Hüseyn(ə) məzarını, Kərbəla şəhidlərinin məzarını, Hz. Əbülfəzil-Abbasın məzarını, Məhəmməd Füzulinin məzarını, İmam Sadiq(ə) məzarını, Hz. İmam Əli(ə) evini və məzarını, Məşhəddə İmam Rza(ə) məzarını, ümumilikdə 80-dən yuxarı ziyarətgahları ziyarət etmişlər. Bu ziyarət müddətində Hacı Seyyid Əli və adı kimi özü də nurlu olan Hacı Nurməhəmməd də onlarla birgə ziyarət etmişlər.
O vaxt ziyarətdən qayıdanda onlar Biləsuvar rayonu Bəydilli kəndinin ən nüfuzlu ağsaqqalı, IV İmam Zeynalabddin nəslinin layiqli davamçılarından biri, İslam dini üzrə alim Hacı Mir Taha Ağanı da ziyarət edib, onun xeyir-duasını almışdılar.
Vətən və dinimiz uğrunda şəhidlərimizin hamısına Allah rəhmət eləsin, ruhları şad olsun. Allah qatillərə lənət eləsin.
Salam olsun İmam Hüseynə, Kərbəla şəhidlərinə, Vətən uğrunda şəhid olanlarımıza! Allah-Taala haqqı deyənlərə, haqq-ədalət uğrunda mübarizə aparanlara kömək olsun!
“Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-dən
19 avqust 2021-ci il
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD