Şeytan əməlini özün görürsən,
Hər kəsin dalınca niyə hürürsən?
Savadlı insana çorab hörürsən,
Riyakar adama demə qardaşım,
Qar da soyuq olur, ay qara daşım.
Fitnə törədirsən ahıl yaşında,
Bicliyin görsənir çatma qaşında,
Keçib əyləşibsən məclis başında,
Sənə necə deyim mənim sirdaşım,
Qar da soyuq olur, ay qara daşım.
Satqınlıq, həm biclik gəlir əlindən,
Zəhər, od püskürür acı dilindən.
Şeytan baş çıxarmaz sənin felindən,
Riyakar adama deyim qardaşım?
Qar da soyuq olur, ay qara daşım.
Rauf İlyasoğlu
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in
Mətbuat Xidmətinin rəhbəri,
"Həkəri" qəzetinin Baş redaktoru, 2-ci qrup əlil
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD