Məlumdur ki, sentyabr ayının 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirildi. Seçkilərdə bir neçə QHT nümayəndələri ilə yanaşı mən də iştirak edirdim. Mən şəxsi əmlakımı sataraq xarici ölkəyə müalicəyə getmişdim. Bu seçkiyə görə müalicəni yarımçıq qoyub qayıtdım. Seçkilərə seçici kimi qatılmışdım və şəxsiyyətinə hörmət etdiyim “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın namizədliyini irəli sürmüşdüm.
Olanların canlı şahidi kimi onu qeyd edim ki, seçkilərdə həm namizəd, həm də seçici kimi iştirak etmək üçün İctimai Birliyin Nizamnaməsini və digər sənədləri notarial qaydada təsdiq etdirmək lazım idi. Bu da indiki dövrdə maddi baxımdan heç də hər bir QHT-yə və namizədə maraqlı deyil. Çünki namizədliyi irəli sürülən QHT sədri seçici kimi iştirak edəcək iştirakçının da maliyyə xərclərini özü çəkməli oldu. Fikrimizcə, bu Təhsil Nazirliyi tərəfindən düşünülmüş şəkildə qurulma bir işdir.
Seçki prosesində ilk baxışda, guya qanunsuzluq olmadı. Amma insani qanunsuzluq açıq-aydın özünü göstərdi. Belə göründü ki, ki, seçki Nazirlik tərəfindən pərdə arxasında hazırlanmış ssenari üzrə "müvəffəqiyyətlə" həyata keçdi. Tanımadığımız "QHT nümayəndələri" və digər şəxslər əvvəldən verilmiş siyahı üzrə seçkini başa çatdırdılar. Hətta bir neçə başqa nazirliklərdə İctimai Şuranın üzvü olan və özü şəxsən bu seçkidə iştirak etməyən şəxslər ən çox səs toplayaraq "seçildilər". Seçkilərdə iştirak edən seçicilərin əksəriyyəti səs verdikləri şəxsi tanımırdılar.
Mən özüm namizədlərin arasında şəxsən tanıdığım və hörmət bəslədiyim İradə Yaqubovaya, QHT rəhbəri Asif Əsgərliyə və BDU-nun gənc müəllimi Kənan Kərimova səs verdim.
Seçkilərin gedişinə narazılıq hiss olunurdu. Amma heç kim, hətta komissiya üzvlərindən bəziləri bu saxtakarlığa görə əzab çəksələr də çox təəssüf ki, dillənmədilər. Ağlamalı-gülməli bir vəziyyət idi.
Yeganə mən çıxış edərək etirazımı bildirdim, bu seçkidə Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin yox, Ağsaqqallar Şurasının seçilməsi ilə təbrik etdim və bildirdim ki, İctimai Şura deyəsən, Allah qoysa gələn il seçiləcək, xəstə adamam, ölməsəm qalsam, inşallah, gələn il İctimai Şuraya seçkilərdə iştirak edərəm. Bu çıxışıma 1 nəfər "kufşin" götürən məttah yerdən atmacalı söz atsa da, lakin hər şey
göz qabağında idi. Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərdə Ağsaqqallar Şurası seçildi. Bir nəfər yaşlı qadın yerindən mənə "siz öz təklifinizi bildirin"-dedi. Cavab verdim ki, mən öz fikrimi bildirdim, təhsilə təklif və töhfəni isə seçilən ziyalı ağsaqqalar verəcəklər.
Elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin dediyi kimi, təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir.
Biz də öz növbəmizdə deyirik ki, Allah təhsilimizi qorusun!
Tahir Xudiyev
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri,
"Əlillər Dünyası" qəzetinin Baş redaktoru
06.09.2019
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD