Azərbaycan RespubliВ¬kasının Prezidenti yаnında Qeyri-Hökumət TəşkilatВ¬larına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi 01.04.2011-ci ildən 01.08.2011-ci il tarixinədək "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" adlı layihə həyata keçirir.
Layihənin ikinci mərhələsinin həyata keçirilməsi çərçivəsində layihənin əhatə etdiyi coğrafiya üzrə Xaçmaz rayonunda 21-22 iyun 2011-ci il tarixində monitorinq keçirilmişdir. Xaçmaz Rayonu Təhsil Şöbəsinin İctimai Birliyə təqdim etdiyi evdə fərdi təhsilə cəlb edilmiş uşaqların siyahısında ən çox şagirdin Xudat şəhərində olduğu müəyyən edilmişdir. Belə ki, siyahı üzrə 2010-2011-ci dərs ilində Xudat şəhərində 14 nəfər sağlamlıq imkanları məhdudu uşaqların evdə fərdi təhsilə cəlb edildiyinə görə yerli icra hakimiyyəti ilə razılaşdırılaraq monitorinq Xudat şəhərində keçirilmişdir. 21 iyun 2011-ci ildə 10 əlil uşağın ailəsində olduq.
Ailələrdə olarkən evdə fərdi təhsilə cəlb edilmiş əlil uşaqlar, onların valideynləri ilə söhbətlər aparılmış, bu sahədə valideynlərin hüquq və vəzifələri onlara izah edilmiş, eyni zamanda əlil uşaqlarla aparılan təlim-tərbiyə işlərinin vəziyyəti öyrənilmişdir. Monitorinq nəticəsində 4 nəfər əlil uşağın ümumiyyətlə təhsildən kənarda qaldığı, əlil uşaqlara təzə dərsliklər verilmədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci tarixli Qərarı ilə təsdiq edilmiş "Evdə təhsil almaq hüququ verən xəstəliklərin və evdə təhsilin təşkili qaydaları"nın 11-ci bəndi pozularaq şagirdlərə nəzərdə tutulduğundan az dərs saatlarının keçirildiyi müəyyən edilmişdir.
21 iyun 2011-ci il tarixində Xudat şəhər 2 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçilər və valideynlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə İctimai Birliyin sədri, layihənin rəhbəri Tahir Xudiyev çıxış edərək layihənin məqsəd və vəzifələri, əlil uşaqların təhsili ilə əlaqədar görülən işlər və bu sahədə mövcud problemlər barədə danışmışdır. Sonra İctimai Birliyin təhsil üzrə eksperti Nizami İsmayılov sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili ilə əlaqədar qəbul edilmiş milli qanunvericilik sənədləri haqqında geniş məlumat vermişdir. Tədbirdə bağçanın tərbiyəçilərindən Duraxanova İzolda, Harınova Nuranə, Laçınova Aynur, Pirimova Şərifə, Nurməmmədzadə Aynur, Şeydayeva Vüsalə çıxış edərək əlil uşaqların təhsili ilə bağlı öz fikirlərini bildirmiş və bağçada maddi baza və kadr potensialı imkan vermədiyinə görə, bağça yaşlı əlil uşaqların valideynləri tərəfindən bağçaya verilməməsi barədə yekdil fikir söyləmişlər.
Sonda layihə çərçivəsində İctimai Birlik tərəfindən nəşr edilmiş "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitab tərbiyəçilərə və bir neçə valideynə təqdim edilmişdir.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD