1-ci qrup əlil döyüldü...

Bakının Şüvələn qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Alik Qafarov 16 oktyabr tarixində gecə saatlarında döyülərək  müxtəlif bədən xəsarətləri almışdır.  Kömək üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinə müraciət edilmişdir. Hər iki təşkilatın əməkdaşları tez bir zamanda Alikin köməyinə çataraq təcili yardım maşını ilə onu Xəzər rayonundakı 26 saylı xəstəxanaya çatdırmışlar. Lakin növbətçi həkim bəhanələr gətirərək pis vəziyyətdə olan 1-ci qrup əlili xəstəxanaya qəbul etməmişdir.

Sonra əməkdaşlarımızın köməkliyi sayəsində Alik Qafarov Sabunçu Rayonu 3 saylı Xəstəxananın travmatologiya şöbəsinə qəbul edilmişdir.

Bildiririk ki, Alik Qafarov 1977-ci ildə 11 yaşında olarkən elektrik qatarının altına düşərək hər iki ayağını və sağ əlilin bir neçə barmağını itirib. Buna görə də həmin vaxtdan 1-ci qrup əlil olub. Hər iki ayağının olmamasına baxmayaraq o, çox istedadlı bir insandır. Belə ki, kənddə bir çoxları onun ayağının olmadığını bilmirlər. Çünki Alik protez ayaqları ilə velosiped, hətta maşın da sürür.

Onun çox gözəl əl qabiliyyəti də var. Taxtadan oyma yolu ilə naxışlı kiçik və böyük ölçülü əşyalar - şəkil üçün şərçivələr, skamya, stol, stul, kreslo, it üçün damlar, hətta gözəl köşklər də düzəldir. Necə deyərlər, sözün əsil mənasında əlinin zəhməti ilə dolanır.

Hətta Alik 1-ci qrup əlil ola-ola Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 1993-cü ildə könüllü olaraq Əzizbəyov batalyonunun tərkibində Tərtər rayonuna da yollanıb. Onun bu əzmkarlığını, istedadını, çətinliklər qarşısında əyilmədiyini gördükcə düşünürsən ki, həqiqətən də Allah bir tərəfdən alanda digər tərəfdən nəsə bəxş edir və Alik Qafarov kimi dəyanətli, fiziki qüsurlu insanlar, bəzi mənəvi cəhətdən şikəst olan sağlam insanlardan qat-qat sağlamdırlar.

Ümid edirik ki, hər iki ayağından məhrum olan 1-ci qrup əlilə qarşı edilən bu haqsızlıq yerdə qalmayacaq....

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union