"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BEC İB) ənənəvi olaraq hər il "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı tədbirlər həyata keçirir. Bu il həmin tədbiri Heydər Əliyev Sarayının rəhbərliyinin dəstəyi ilə tam təmənnasız olaraq elə həmin Sarayda təşkil etdi.Dekabr ayının 3-də İctimai Birliyin təşkil etdiyi konsert proqramından əvvəl Sarayın foyesində əlilliyi olan insanların rəsm əsərləri və milli süvenirlərdən ibarət 100-ə yaxın əl işlərinin sərgisi nümayiş olundu.Konsert proqramının açılışında Respublikanın Xalq Artisti Gülyanaq Məmmədova və 7-ci Muğam Müsabiqəsinin iştirakçısı, 1-ci qrup gözdən əlil Suma Tapdıqova ilə birgə duet ifa etdi. Sonra İB Mədəniyyət şöbəsinin nəzdində fəalyyət göstərən lal-kar uşaqlardan ibarət rəqs qrupunun ifası, İB-in üzvü, Sumqayıt Dövlət Universitetinin tələbəsi, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov, 1-ci qrup gözdən əlil Müslüm Müslümzadə, 2-ci qrup əlil Cavid Gözəlov, 2-ci qrup gözdən əlil Əzizə Niftəliyeva, Dövlət Konservatoriyasının 4-cü kurs tələbələri - 2-ci qrup gözdən əlil Həmid Əzizbəyli, Samir Əzimov, Rüzbah Talibinin ifaları alqışlarla qarşılandı. "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyəti üzvü, 1-ci qrup əlil Riad Sultanov, gənc aktrisa Zarina Qurbanova və San-Remoda keçirilən vokalçıların Beynəlxalq müsabiqəsi laureatı Nofəl Aslanovun ifa etdikləri "Notterdam kilsəsi" filmindən səhnəcik isə tamaşaçıların xüsusi rəğbətini qazandı."Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Qarabağ bölgəsi üzrə Nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov da bu tədbirin təşkilində və keçirilməsində yaxından köməklik etdi.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD