26 aprel tarixində “Planet Parni iz Baku” KVN komandasının dəvəti ilə “Əlillər Dünyası” qəzetinin əməkdaşları və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 50 nəfər üzvü Heydər Əliyev adına Sarayda onların növbəti, “Analoqu olmayan” adlı konsertinə tamaşa etmişlər. Hər bir konsertlərində olduğu kimi bu dəfə də Bakılı oğlanlar tamaşaçıları düşündürərək güldürdülər, cəmiyyətdəki çatışmazlıqları yumorla çatdırdılar.
Sədr Tahir Xudiyev “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi adından Tahir və Cabir İmanov qardaşlarının simasında “Bakılı oğlanlar” (Parni iz Baku) komandasının kollektivini əlillərə göstərdiyi diqqət, qayğı və mənəvi dəstəyə görə Fəxri Fərmanla təltif etdi.
Lakin biz Anar Məmmədxanovu da unutmuruq. Anar Məmmədxanov 3 ildir ki, aramızda olmasa da ruhən “Bakılı oğlanlar”ladır və onların hər bir qələbəsi onun ruhunu şad edir.
Allah möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və onun xanımı Mehriban Əliyevaya kömək olsun ki, “Parni iz Baku” KVN komandası növbədənkənar konsertini Qarabağda keçirsin, biz də hamımız ora bu möhtəşəm konsertə gedək.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD