Məlumat verdiyimiz kimi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsinin icrasına başlayıb.
Bu gün “Dünya”
TV-də layihədə nəzərdə tutulmuş “Biz Sizinləyik” adlı televiziya verilişi efirə
gedib. “Dünya” TV-nin istedadlı aparıcılarından olan Xuraman Aydınqızı qonaqları
təqdim edərək, bu verilişin BƏC İB-in Agentliyin dəstəyi ilə ötən il həyat keçirdiyi
layihə zamanı “Dünya” TV-də təqdim etdiyi “Biz Sizinləyik” adlı verilişin bir
növ davamı olduğunu vurğulayıb.
Layihə
rəhbəri və BƏC İB-in sədri Tahir Xudiyev "Cəmiyyətlə yenidən bağlantı və
sosial inteqrasiya" adlı layihənin müharibə
əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı
qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial
həyatda fəal iştirakını təmin etmək və onlara sosial dəstək olmaq məqsədilə
həyata keçirildiyindən söz açdı. Bu məqsədlə növbəti tədbirlərin Penitensiar
Xidmətinin 9 saylı CCM-də və Biləsuvar rayonunda keçiriləcəyini nəzərə çatdırdı.
BƏC İB-in İdarə
Heyəti üzvü, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist,
ədliyyə polkovniki Allahverdi Məmmədli Ulu Öndərin yenidən hakimiyyətə
qayıdışından sonra elan olunan “15 iyun-Qurtuluş Günü” ərəfəsində efirə gedən veriliş
vasitəsi ilə bütün xalqımızı bu münasibətlə təbrik etdi. Möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan
olunmasından, bu suverenliyin xalqımıza verdiyi töhfələrdən danışdı.
Şuşa Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Qarabağ müharibəsi qazisi, 2-ci qrup müharibə əlili, bu layihədə könüllü kimi iştirak edən Elxan Ələkbərov Vətən müharibəsində qazanılan Zəfərin bir yumruq altında birləşən dövlətimizin, xalqımızın və müzəffər Ordumuzun Vətən sevgisindən doğan böyük qələbəsi olduğunu dilə gətirdi, müharibə əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial problemlərinin həllinə yönəlmiş bu layihənin təqdirəlayiq olduğunu vurğuladı.
İdarə Heyəti
üzvü, AMEA-nın Baş mütəxəssisi, Prezident mükafatçısı, jurnalist Xatirə
Cabbarzadə “Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin yarandığı 2008-ci
ildən bu günədək gördüyü işlərin hələ 2003-cü ildən Tahir Xudiyevin rəhbərliyi
ilə fəaliyyət göstərən “Əlillər Dünyası” qəzetinin gördüyü müsbət yönümlü işlərin
davamı olduğunu söylədi.
İdarə Heyəti
üzvü, Əməkdar jurnalist Zərnişan Azayeva BƏCİB-in öz fəaliyyəti ilə əhalinin
həssas təbəsi sayılan müxtəlif kareqoriyalı əlilliyi olan şəxslərin, müharibə
əlilləri və iştirakçılarının, şahid ailələri, məhbus əlillər və onların ailə
üzvlərinin hüquqlarının Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan
müdafiəsinə sosial sahədə daima ictimai dəstək göstərdiyindən danışdı.
Layihə
rəhbəri Tahir Xudiyevin qeyd etdiyi kimi, müraciət edənlərin sosial problemlərinin
həllinə dəstək göstərilməsi davam edir.
Məlahət Abdullayeva
Mətbuat Xidmətindən
12.06.2025
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD