Məlumat üçün bildiririk ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB artıq bir neçə ildir ki, 3 Dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbirlər həyata keçirir.
Bu il həmin də 30 noyabr 2017-ci il tarixində saat 11.00-da Nizami rayonunda yerləşən qarşılıqlı əməkdaşlıq etdiyimiz "Xəzər" Universitəsində "Mərmər Zalı"nda "3 Dekabr-Beynəlxalq Əlillər Günü" münasibəti ilə tədbir keçiriləcək. Tədbirə dövlət təşkilatları, xarici ölkə səfirliklərinin nümayəndələri, QHT və ictimaiyyət nümayəndələri dəvət olunmuşlar.
Tədbirin bədii hissəsində 1 saylı Psixiatriya Xəstəxanasının pasiyentlərinin ifasında pantomim şəhnəciklər göstəriləcək, digər əlilliyi olan insanları, İB-in Mədəniyyət mərkəzinin rəqs qrupu, Azərbaycanın görkəmli incəsənət xadimləri çıxış edəcək, əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət satış-sərgi keçiriləcək.
İştirak etmək istəyən hər bir kəs dəvətlidir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD