Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi aprelin 1-dən avqustun 1-dək həyata keçiriləcək "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" layihəsinin icrasına başlayıb. Layihədə əsas məqsəd Bakı şəhərinin Xətai, Sabunçu rayonları, Sumqayıt şəhəri, Abşeron, Ağdam və Xaçmaz rayonlarında yaşayan əlil uşaqların təhsil hüquqlarının bərpasına, cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə, xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil imkanlarının artırılmasına kömək etməkdir. Layihə çərçivəsində Bakının Xətai, Sabunçu rayonları, Sumqayıt şəhəri, Abşeron, Ağdam və Xaçmaz rayonlarında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüququnun yerinə yetirilməsi, belə kateqoriyadan olan uşaqların hamısı üçün bərabər təhsilalma şəraitinin yaradılması nəzərdə tutulub. Bundan başqa, inteqrasiyalı (inkluziv) təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması və pulsuz, mütləq, keyfiyyətli təhsilin təmin olunması, dövlət himayəsində olan uşaqların təhsil hüququnun müdafiəsinin gücləndirilməsi, müvafiq təsnifata uyğun olaraq bütün kateqoriyadan olan xüsusi qayğıya ehtiyacı olan uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi də gözlənilir. Layihə çərçivəsində tam sağlam olmayan uşaqların necə təhsil aldıqlarının monitorinqi keçiriləcək.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union