Aprel ayının 19-da “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin ümümrespublika
üzrə hesabat tədbiri keçirilib. YAP-ın Nizami Rayon Təşkilatının binasında
keçirilən tədbir zamanı toplantı iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla
yad etdilər.
Azərbaycan
Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər
Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda müharibədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hesabat məruzəsi ilə
çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin sədri
Tahir Xudiyev 2008-ci ildən təsis olunan birliyin fəaliyyəti, həyata keçirdiyi
layihələr barədə ətraflı məlumat verdi. O, əhalinin həssas təbəqəsinin sosial
müdafiəsi, tibbi, psixoloji problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində “Beynəlxalq Əlillər Cəmiyyəti”
İB-in 16 ildə gördüyü işlərin dövlətimizin və möhtərəm Prezidentimizin sosial
sahədə gördüyü işlərə ictimai dəstək olduğunu vurğuladı.
Çıxış edən Yeni
Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Dövlət
Gömrük Komitəsi Gömrük Siyasəti Baş İdarəsinin Metodologiya idarəsinin rəisi
Rövşən Namazov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin Bakı şəhəri Qaradağ rayonu üzrə sektorunun müdiri Cəsarət
Qəhrəmanov, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli,
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin üzvləri
Hüseynağa Əlixanov, Həsənağa Bayramov və başqaları təşkilatın fəaliyyətini
yüksək dəyərləndirdilər və hesabatı qənaətbəxş saydılar.
Tədbirdə Maliyyə
Nazirliyi, Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, ƏƏSMN,
Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Quba, Xaçmaz Rayonları İcra Hakimiyyətləri,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ekologiya v Təbii Sərvətlər Nazirliyi,
Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Rayon Prokurorluğu, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi, TƏBİB-in məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət
və KİV nümayəndələri iştirak edirdilər.
Tədbirdə təşkilatın fəaliyyətinə dair video-çarx nümayiş etdirildi, məhdudiyyəti olan insanların hüquqları ilə bağlı suallar cavablandırıldı.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən
19.04.2024
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD