“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 200 nəfər əlil və imkansız üzvləri öz ailələri ilə birgə 26 aprel 2012-ci il tarixində Heydər Əliyev Sarayında Rusiyada biznes sahəsində fəaliyyət göstərən iş adamları Valeri və Vadim İlişayev qardaşlarının rəhbəri olduqları “V&V Company”nin təsis etdiyi “Qrand Müstəqil Milli-İctimai Mükafatı-2011” –in təqdimatı mərasimində iştirak etdilər. Bu tədbirə rəsmən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstək verilmişdir.
Mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də məşhur estrada ulduzları mükafata layiq görüldülər. “Rusiya şou-biznesində atdığı uğurlu addımına görə” – nominasiyasında İctimai Birliyimizin üzvü, 1-ci qrup əlil Murad Sadıx “Qrand-2011” Mükafatına layiq görüldü. Bu münasibətlə Muradı və mükafat alan digər mədəniyyət və incəsənət xadimlərini təbrik edirik!
Şəkildə: Novxanı Nümayəndəliyimizin rəhbəri Lalə xanım Abuzərova və Cəmiyyətimizin üzvü 2-ci qrup Qarabağ müharibəsi əlili, Sambo üzrə SSRİ İdman ustalığına namizəd, həkim-stomatoloq Hüsaməddin Xudiyev Murad Sadıxı təbrik edərkən.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD