Dünən 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin 3 illiyinə həsr olunmuş anım tədbiri keçirildi. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral bildirdi ki, 15 iyul hadisəsi türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Türkiyədə 15 iyul hadisəsini qəhrəmanlıq tarixi adlandırdı.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və digər çıxışçılar da xalqın iradəsinin qələbəsindən danışdılar. Terrordan əziyyət çəkən bir dövlət kimi ölkəmizin terrora qarşı olmasından, yalnız 15 iyulda deyil, daima Azərbaycanın Türkiyənin mövqelərini müdafiə etdiyindən danışdılar.
Tədbirdə bütün dövlət qurumlarının nümayəndələri, eləcə də "Beynəlxalq Əlillər Cəmiyyəti"nın sədri və "Əlillər Dünyası" qəzetinin Baş Redaktoru Tahir Xudiyev, Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Babazadə, Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı, digər KİV-lər və QHT rəhbərləri də iştirak edirdilər.
Onu da qeyd edək ki, 2016-cı il 15 iyul hadisəsi zamanı "Beynəlxalq Əlillər Cəmiyyəti" və "Əlillər Dünyası" qəzetinin kollektivi də dərhal Türkiyə səfirliyi vasitəsi ilə qardaş türkiyə dövlətinə və xalqına mənəvi dəstək olaraq onlarla həmrəy olduqlarını bəyan etdilər.
Mətbuat Xidmətindən
16.07.2019
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD