22 sentyabr tarixində Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin ikinci turu keçirildi. Xatırladırıq ki, 21 sentyabr tarixində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən seçkilərin birinci mərhələsində 23 namizəddən yalnız bir nəfər - Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı 132 səs toplayaraq seçilmişdi. İkinci turda 22 namizəd 12 yer uğrunda mübarizə apardı.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in əməkdaşları da seçicilər sırasında layiqli namizədlərə səs verdilər. Seçki uğurla başa çatdı. Onu da qeyd edək ki, digər ictimai şuralara seçkilərə nisbətən bu seçki daha şəffaf, obyektiv keçdi.
Kollektivimiz adından Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın bütün üzvlərini təbrik edirik və işlərində uğurlar arzulayırıq.
İctimai Şuraya seçilmiş şəxslərin siyahısını təqdim edirik:
1. Dadaşova Şəbnəm Rəfael qızı “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi İctimai Birliyi (QHT)
2.Əliyev Ramil Arif oğlu “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi (QHT)
3. Axundzadə Elçin Rəşid oğlu “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi (QHT)
4.Bayandurov Nazim İsmayıloviç “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyi (QHT)
5.Bayramov Çingiz İbrahim oğlu “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi (QHT)
6.Əliyev Vüsal Yusif oğlu “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyi (QHT)
7.Əliyev Müqamət Süleyman oğlu “Gənc Vətənpərvərlər” İctimai Birliyi (QHT)
8.Zülfüqarlı Aytac Sədrəddin qızı “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (QHT)
9.Əzəmmədov Hafiz Firidun oğlu “Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyi (QHT)
10.Muradov Elməddin Nadir oğlu “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi (QHT)
11.Ədilzadə Ədil Tahir oğlu “Sabahinfo” İnformasiya Agentliyi (KİV)
12.Əhmədzadə Xanım Ağamirzə qızı “Hüquqşünas Qadınlar Asossiasiyası” İctimai Birliyi (QHT)
13.Məmmədov Namiq Məmməd oğlu “Sabaha İnamla” qəzeti (KİV).
Tahir Xudiyev
“Əlillər Dünyası” qəzetinin Baş Redaktoru
23.09.2021
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD