Dünya şöhrətli müstəqil hərbi jurnalist Ann Niva ilə görüş

Dünya şöhrətli müstəqil hərbi jurnalist Ann Niva ilə görüş
Dünya şöhrətli müstəqil hərbi jurnalist Ann Niva ilə görüş

2-3 iyun tarixlərində Azərbaycandakı Fransız İnstitutunda yazıçı, müstəqil hərbi müxbir və jurnalist Ann Nivanın Mətbuat Konfransı keçirilmiş, onun ssenarisi və rejissorluğu ilə çəkilmiş “İraq - müharibənin kölgəsi” adlı sənədli filmi nümayiş etdirilmişdir.

Slavyanşünas, ədəbi tarixçi Georges Nivanın qızı olan Ann Niva incə xarici görünüşü ilə heç uyğunlaşmayan, Fransanın milli qəhrəmanı olan Janna Darka xas olan bir cəsarətlə on beş il ərzində keçmiş Sovet İttifaqı, Əfqanıstan, İraq, Suriya, Çeçenistanda, ən son vaxtlarda isə Ukraynada olmuş, bu torpaqları qarış-qarış dolaşmışdır. Aldığı təəssüratların nəticəsi olaraq ərsəyə gətirdiyi çoxsaylı kitabların müəllifi olan Ann Niva yazdığı “Chienne de guerre” (Müharibə iti) adlı kitabına görə 2000-ci ildə Fransada Albert Londres adına mükafata layiq görülüb.

Xanım Ann Niva Mətbuat Konfransında bildirdi ki, müharibə zonalarında olmaq, döyüşən tərəflərlə görüşmək, oradakı hadisələri qələmə almaq onun daxili istəyindən, marağından irəli gəlir. Ən çox təsirləndiyi və yaddaşından silinməyən müharibənin isə Çeçenistan müharibəsi olduğunu vurğuladı, onu ən dəhşətli müharibə adlandırdı. Lakin xanım jurnalist həyatının çox hissəsini həyat yoldaşı və 2006-cı ildə anadan olmuş oğlu ilə birgə keçirmək istəyini də bildirdi. Qeyd edək ki, Ann Nivanın həyat yoldaşı tanınmış jurnalist Jean-Jacques Burdeny Fransa televiziyası və radiosunda işləyir.

Mətbuat Konfransında “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü, Respublika Sərhəd qoşunlarının təlim-tərbiyə üzrə sabiq idarə rəisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Kərim Rzayev, Fransız İnstitutunun direktoru İv Zoberman və əməkdaşları, həmçinin Fransa İnstitutunun mədəniyyət üzrə layihələrin koordinatoru Elza Furtado, Azərbaycandakı Universitetlərin tələbələri, müxtəlif KİV nümayəndələri iştirak edirdilər.

Tahir Xudiyev bildirdi ki, nümayiş etdirilən “Irak, l’ombre de la guerre” (“İraq, müharibənin kölgəsi”) adlı sənədli filmi müstəqil jurnalist xanım Ann Nivanın şəxsən çəkdiyi sənədli kadrlarla reallığı əks etdirir. Film iştirakçılar tərəfindən böyük maraqla izləndi.

Səmimiliyi və sadəliyi ilə yadda qalan xanım Ann Niva tədbirdən sonra ofisimizdə əməkdaşlarımızla görüşündə fransız xalqının Azərbaycan barədə çox az məlumatlarının olduğunu bildirdi.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union