Əlil məhkumların problemlərinin həllinə çalışaq

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, ƏN PX-nın müxtəlif Cəzaçəkmə Müəssisəsində əlilliyi olan məhkumların və onların ailə üzvlərinin problemləri öyrənilir və bu problemlərin həllinə qanun çərçivəsində köməklik üçün müxtəlif aidiyyəti dövlət təşkilatları qarşısında vəsatət qaldırılır. İctimai Birliyimiz həmçinin bir vətəndaş cəmiyyəti olaraq, əlil məhkumların problemlərinin həllində köməklik edən aidiyyəti dövlət təşkilatı və müxtəlif dövlət qurumlarının öz üzərinə düşən işin qanun çərçivəsində həllinə ictimai nəzarəti də həyata keçirir. Eyni zamanda mətbu orqanımız olan “Əlillər Dünyası” qəzetimiz vasitəsilə bu barədə ictimaiyyəti məlumatlandırırıq.

Tədbirlər Planına müvafiq olaraq, 2012-ci il 14 fevral tarixində ƏN PX-nın 11 saylı CÇM-da və 21 fevral 2012-ci il tarixində isə 15 saylı CÇM-dakı əlil-məhkumlarla seminar-treninq keçirilmişdir. 11 saylı CÇM-da 36 nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, inspektoru, ədliyyə baş-leytenantı Ramin Osmanov, 11 saylı CÇM-nın rəis müavini, ədliyyə polkovnik-leytenantı Səyavuş Məmmədov, CÇM-nın Tərbiyə İşinin Təşkili Şöbəsinin rəisi, ədliyyə mayoru Hüseyn Şahverdiyev və dəstə rəisləri iştirak etmişlər.
Mövzu ilə əlaqədar əlil məhkumlarla söhbət aparılmışdır. Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar cavablandırılmış, onların söylədikləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır.

15 saylı CÇM-də keçirilən tədbirdə isə 28 nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə baş-leytenantı Əli Nəbiyev, 15 saylı CÇM-nın Tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Camaləddin Əliyev, CÇM-nın rəis müavini, ədliyyə polkovnik-leytenantı Emin Kərimov və dəstə rəisləri iştirak etmişlər.

Ümumiyyətlə, bütün əlil-məhkumlar Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin müəssisələrdəki tibb hissələrinin həkimlərinin laqeyd münasibətindən gileylənirlər. Qismən də bəzi TSEK-lərin işindən narazılıq etdilər. Ən çox narazılıq isə əlillik dərəcələrinin verilməsi üçün lazım olan forma 88–i verən ƏN PX-nin Müalicə Müəssisəsinin xüsusi həkim komissiyasının və DSMF-nın işindəndir.

ƏN PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin əməkdaşlarının və onun müəssisələrdəki şöbələrinin əməkdaşlarının müsbət istiqamətdə gördükləri işləri isə xüsusi qeyd etmək istəyirik.

Bir daha bildiririk ki, bir İctimai Birlik kimi vətəndaş cəmiyyəti olaraq, əlil məhkumların problemlərinin həlli ilə bağlı aidiyyəti dövlət müəssisələrinə müraciətlər edirik. Bizim təşkilata ögey münasibət bəsləsələr də, etiraf edək ki, bu istiqamətə yaxşılığa doğru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq az da olsa müəyyən işlər görülür. Lakin əlil-məhkumların və yüzlərlə məhkum təqaüdçülərin problemlərinin həllinə birbaşa aidiyyəti olan Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə işlər aparılmasında sanki maraqlı deyil.

Əlil-məhkumların problemləri ilə bağlı müraciət etdiyimiz aidiyyəti dövlət qurumları tərəfindən lazımi tədbirlər görülmədikdə və müraciətlərimizə laqeyd yanaşıldıqda mətbu orqanımız olan “Əlillər Dünyası” qəzeti vasitəsilə bu problemləri ictimailəşdiririk. Bizim yeganə məqsədimiz isə gördüyümüz işlərlə dövlətimizə dəstək olmaqdır. Yəqin ki, aidiyyəti dövlət qurumları bunu nəzərə alarlar...


P.S. Onu da qeyd etmək istəyirik ki, 15 saylı CÇM-da keçirilən seminar-treninq Xocalı soyqırımının 20 illiyi ərəfəsinə təsadüf edirdi. Bu soyqırımına etiraz əlaməti olaraq 15 saylı CÇM-da cəzaçəkən məhkum rəssamın Xocalı fəryadına həsr etdiyi əsəri bizim diqqətimizi xüsusilə cəlb etdi. Bu rəsm əsəri sanki dünyanı ədalətli olmağa çağırır...

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union