“Əlillər Dünyası” müstəqil ictimai-siyasi qəzeti 2004-cü ildən nəşr olunur.
2010-cu il 23 aprel tarixindən Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Bu müddət ərzində qəzet adına və təyinatına uyğun olaraq irqindən, cinsindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün kateqoriyadan olan əlillərin, tənha qocaları və yoxsul təbəqədən olan insanların hüquqlarını müdafiə edir, onların həyat tərzini, qayğı və problemlərini, həmçinin onlara göstərilən köməkliyi mətbuat vasitəsi kimi dövlət orqanlarının nəzər və diqqətinə çatdırır. Lazım gəldikdə, ictimai vəkillik də edir. Qəzetimizin Redaksiya Heyətinin üzvləri bütün kateqoriyadan olan əlillərdən, veteranlardan, habelə respublikamızın tanınmış, nüfuzlu elm və mədəniyyət xadimlərindən ibarətdir.
Qəzet Prezident Aparatına, nazirliklərə, Azərbaycanda olan bütün səfirliklərə, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, bütün hökumət və qeyri-hökumət təşkilatlarına, əhalinin maarifləndirilməsi məqsədi ilə soydaşlarımız arasında geniş şəkildə yayımlanır. Həmçinin Azərbaycan Respublikasının bütün regionlarına xüsusi formada göndərilir.
Qəzetimizin Redaksiya Heyətinin üzvləri eyni zamanda “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvləridir.
Təsisçi və baş redaktor, eyni zamanda “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvü, 2-ci qrup əlil Tahir Xudiyevdir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD