Penitensiar Xidmətlə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında imzalanmış “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” adlı Tədbirlər Planına müvafiq olaraq 24 yanvar 2012-ci il tarixində ƏN PX-nin 6 saylı Cəzaçəkmə Müəssisəsində “Əlilliyi olan məhkumların sosial adaptasiyasının həyata keçirilməsi qaydalarının izah edilməsi” mövzusunda seminar-treninq keçirilmişdir.
Tədbirdə 6 nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə baş-leytenantı Əli Nəbiyev, 6 saylı CÇM-nın tərbiyə işləri üzrə rəis müavini, ədliyyə mayoru Mahir Əliyev iştirak etmişlər.
Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Əli Nəbiyev, Mahir Əliyev çıxış etdilər.
Mövzu ilə əlaqədar əlil məhkumlarla söhbət aparılmışdır. Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar cavablandırılmış, onların söylədikləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır. Məhkum, 1966-cı il də Lənkəran şəhərində anadan olmuş Faiq Kazımov 1983-cü ildən 2-ci qrup əlildir. Məhkumun sağ ayağı protezdir. Protez o, həbsxanada olarkən Protez-Ortopedik Bərpa Mərkəzində düzəldilib, amma bir az qısadır. Taxtadan kastel və imkan olarsa protezinin yenilənməsini istədi.
1970-ci ildə Salyan şəhərində anadan olmuş məhkum Ağayev Oqtay 1986-cı ildən 2-ci qrup əlildir. Sağ ayağı protezdir. O, protezin üstündən geyinmək üçün corab istədi.
Əlil-məhkumlar çıxış edərək 6 saylı CÇM-dakı onlar üçün yaradılan şəraitdən razı olduqlarını bildirdilər.
Sonda 6 saylı CÇM-nın rəis müavini, ədliyyə mayoru Mahir Əliyev çıxış edərək əlil-məhkumların problemləri ilə maraqlandıqları üçün İctimai Birliyin əməkdaşlarına təşəkkürünü bildirmişdir. Mətbuat Xidməti
Tədbirlər Planına müvafiq olaraq ƏN PX ilə birgə bu səpkidə görüşlər davam etdiriləcək, əlil məhkumların müəyyən problem və çətinlikləri ictimai nəzarətə götürüləcəkdir.Mətbuat Xidməti
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD