“Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” mövzusunda

Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutu fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqatlarla yanaşı qanunların ekspertizasını aparır və  tədbirlər təşkil edir. Elmi Şuranın qərarı ilə İnstitutda “Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılması bu qəbil tədbirlərdəndir. Bu fikir Hüquq və İnsan Haqları İnstitutunda təşkil olunan “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılış mərasiminə həsr olunmuş “Dəyirmi masa”da səsləndirilib. Tədbirdə Milli Məclisin deputatları, Əmək və əhalinin sosial müdafiəsi, Təhsil və digər nazirlik və komitələrin, beynəlxalq təşkilatların təmsilçiləri, “Loqos” tibb mərkəzinin əməkdaşları, alimlər və media nümayəndələri iştirak  edib.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə çıxışında ölkəmizdə fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf  etdirilməsinin, peşə hazırlığı, iş yerləri ilə təminin zəruriliyini vurğulayıb. Bu istiqamətdə görülən işlərin dövlət səviyyəsində daim diqqətdə saxlandığını, sözügedən məsələnin ölkəmizdə insan hüquqlarının qorunmasına dəstək baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Problemlərin həllinə nail olunmasında cəmiyyətin hər bir fərdinin yaxından iştirak etməsinin, o cümlədən əlilliyi olan şəxslərə qarşı insanların münasibətinin dəyişməsinin vacibliyini ifadə edib. Bildirilib ki, fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunması problemləri sahəsində tədqiqatları daha da genişləndirmək məqsədilə Moskva Dövlət Humanitar-İqtisad Universiteti ilə müqavilə bağlanılıb, birgə uğurlu layihələrə imza atılıb. Qeyd olunub ki, institutda açılan yeni kafedra əlilliyi olan insanların hüquqlarının qorunmasına və onların problemlərinin həllinə töhfə verəcək.

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Jalə Əliyeva, Təhsil Nazirliyinin şöbə müdiri Anar Qədiməliyev, Milli Elmlər Akademiyası Elm TV-nin rəhbəri Xatirə Cabbarzadə, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov, Müasir Psixologiya Mərkəzinin baş psixoloqu Aida Nəbiyeva,  əlilliyi olan insanların hüquqlarının müdafiəçisi Sevda Səfərəliyeva və digərləri çıxış edərək fiziki imkanları məhdud şəxslərin təhsil, iş və texniki avadanlıqlarla təmin olunmasının, eləcə də cəmiyyətə inteqrasiyasının zəruriliyini vurğulayıblar.

Tədbirdə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyini Cəmiyyətin sədri Tahir Xudiyev və İdarə Heyətinin üzvü, Elm TV-nin rəhbəri Xatirə Cabbarzadə təmsil edib. Xatirə Cabbarzadə çıxışında bildirib ki, müasir dövrdə İKT-nin imkanlarından istifadə edərək  əlilliyi olan şəxslərin elmə, təhsilə cəlb olunması üçün imkanlar genişləndirilib. Bu baxımdan yeni yaradılmış kafedra gələcəkdə məhdud imkanlı şəxslərin elmə, təhsilə yönəldilməsində körpü rolunu oynaya biləcək.

Qeyd edib ki, fiziki imkanları məhdud insanların əl işlərindən ibarət sərgilərin təşkili və müxtəlif peşəyönümlü layihələri həyata keçirən "Beynəlxalq Əlillər Cəmiyyəti"nin əsas hədəflərindən biri də əlilliyi olan şəxslərin elmə, təhsilə cəlb olunmasıdır. Bu məqsədilə Cəmiyyət öz imkanları hesabına hər il İctimai Birliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət şöbəsi üzvlərinin Moskva Dövlət Humanitar-İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan sağlamlıq imkanları məhdud gənclərin "Hədsiz imkanları olan həyat" adlı festivalda iştirakını təşkil edir.

Elm və təhsil müəssisələri ilə əməkdaşlığı  genişləndirərək fiziki imkanları məhdud şəxslərin bu sahələrə inteqrasiya olunmasında yaxından iştirak edir. Çıxışının sonunda X.Cabbarzadə əlilliyi olan şəxslərin sosial hüquqları ilə bağlı mövcud problemlərin həllində önəmli rol oynayan sosial çarxlardan da söz  açıb, onlara diqqət və qayğının artırılması istiqamətində əhəmiyyətli təkliflər səsləndirib.

 

 

                                               M.Abdullayeva

                                               "Əlillər Dünyası" qəzeti

                                               25.01.2018

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union