9 oktyabr tarixində keçirilən Prezident seçkilərində “Əlillər Dünyası” qəzetimizdən 7 nəfər, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimizdən isə 5 nəfər müşahidəçi kimi iştirak etmişlər. Onlar respublikamızın müxtəlif şəhər və kənd rayonlarında olaraq -Naxçıvan MR-nın Nehrəm kəndi, Ağdam, Şuşa, Laçın, Oğuz, Tərtər, Zaqatala, Ağdaş rayonları və Bakı şəhərinin Nizami, Xətai, Abşeron, Pirallahı, Səbai rayonlarının 29 saylı seçki dairəsinin 18, 19 saylı seçki məntəqəsində, 118 saylı seçki dairəsinin 31 saylı seçki məntəqəsində, 8 saylı Binəqədi seçki dairəsinin 3, 17, 19 saylı seçki məntəqələrində, 24 saylı seçki dairəsinin 14, 17, 11, 12 saylı seçki məntəqələrdə, Masazır qəsəbəsinin 47 saylı dairəsinin 19, 20 , 21, 22 saylı və s. seçki məntəqələrində olmuş, seçkilərin gedişini izləmişlər. Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqə verilən bu fiziki qüsurlu əməkdaşlarımız, həmçinin Nardaran və Novxanı kəndindən olan üzvlərimiz hələ belə misli görünməmiş demokratik seçkilərin keçirildiyini görmədiklərini söylədilər. Seçki dairələrində xarici müşahidəçilərlə söhbət zamanı onlar da seçkilərin çox demokratik, müstəqil, heç bir kənar müdaxilə olmadan keçdiyinin şahidi olduqlarını söylədilər. Müşahidələr seçicilərin çoxunun cənab İlham Əliyevə səs verdiklərini göstərdi.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD