Hökməli Mədəniyyət Evində tədbir

"Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" layihəsi çərçivəsində 12 may 2011-ci il tarixində Abşeron rayonu Hökməli Mədəniyyət Evində Abşeron Rayonu İcra Hakimiyyəti ilə birgə geniş tədbir keçirmişdir. Tədbir monitorinq çərçivəsində Abşeron rayonu ərazisində kənd və qəsəbə icra nümayəndəlikləri, yerli sosial müdafiə, təhsil və səhiyyə orqanları tərəfindən bu sahədə görülmüş işlərin monitorinqinin yekunlarına həsr edilmişdir.

Tədbiri giriş sözü ilə Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yavər Hüseynov açmışdır. Sonra "Beynəlxalq Əlilər Dünyası" İctimai Birliyinin sədri, layihənin rəhbəri Tahir Xudiyev layihənin məqsədi, vəzifələri haqqında geniş məruzə ilə çıxış etmiş və Abşeron rayonunda əlil uşaqların inkluziv və evdə fərdi təhsilə cəlbi sahəsində görülmüş işlər haqqında məlumat vermişdir.

Sonra Birliyin təhsil üzrə eksperti Nizami İsmayılov tədbir iştirakçılarına monitorinq barədə ətraflı məlumat vermiş, əlil uşaqların təhsilinə və onların sosial müdafiəsinə dövlət tərəfindən, xüsusilə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən böyük diqqət və qayğı göstərildiyini və monitorinqin əsas məqsədinin bu siyasətə dəstək mahiyyəti daşıdığını qeyd etmişdir. Əlil uşaqların sosial müdafiəsi haqqında və bu sahədə mövcud olan problemlər barədə İctimai Birliyin koordinatoru Ədalət Məhərrəmov çıxış etdi.

Sonra İctimai Birliyin sədri, təhsil üzrə ekspert, Birliyin əməkdaşı Məlahət Abdullayeva valideynlərlə əlil uşaqların təhsili ilə bağlı milli qanunvericilik sənədləri, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar, təlimatlar barədə konkret maarifləndirmə və izahat işləri apardılar.

Müzakirələr zamanı Abşeron rayonu üzrə belə bir yekun rəyə gəlindi ki, valideynlər arasında əlil uşaqların təhsilə cəlbi və onların sosial müdafiəsi haqqında maarifləndirmə və izahat işləri zəif olduğuna görə bir çox hallarda valideynlər öz hüquq və vəzifələrini bilmədiklərindən əlil uşaqlarını ictimaiyyətdən gizlətmiş və bunun da nəticəsində ərazidə təhsildən kənarda qalan, şəhadətnamə və attestat almayan, eyni zamanda xüsusi fitri istedada malik, lakin ictimaiyyətə məlum olmayan xeyli sayda əlil uşaqlar, həm də evdə fərdi təhsilə və inkluziv təhsilə cəlb edilməsi mümkün olmayan, xüsusi internat-uşaq evlərində dövlət qayğısına zəruri ehtiyacı olan əqli cəhətdən qüsurlu uşaqlar da mövcuddur.

Müəyyən edilmişdir ki, məktəbəqədər yaşlı əlil uşaqlar ümumiyyətlə, təhsilə cəlb olunmurlar.

Valideynlər tərəfindən əlil uşaqların təhsili ilə bağlı, eyni zamanda Hökməli qəsəbəsindəki əlillərin sosial müdafiəsi ilə əlaqədar müraciətlərin çox olmasını nəzərə alaraq, bu müraciətləri toplayıb ictimai nəzarət qaydasında aidiyyati orqanlara çatdırmaq məqsədilə İctimai Birliyə təqdim etmək Hökməli qəsəbə Həkim Məntəqəsinin baş həkimi Hürü Qasımovaya həvalə edildi.

Valideynlər əlil uşaqların, əlillərin yaşayışı, problemləri ilə yaxından yerində maraqlandıqlarına görə İctimai Birliyə öz təşəkkürlərini bildirdilər.

Hökməli qəsəbə Həkim Məntəqəsinin baş həkimi Hürü Qasımova, Hökməli qəsəbə orta məktəbinin direktoru İsmayıl Bəndəliyev, valideyn Həqiqət Əlibalayeva, müəllim Elyaz İsmayılov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

Tədbirin sonunda İctimai Birlik tərəfindən layihə çərçivəsində nəşr edilmiş "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitab və Hökməli qəsəbəsində evdə fərdi təhsilə cəlb edilmiş əlil uşaqlara məktəb ləvazimatları hədiyyə edildi.

Tədbirdə həmçinin İctimai Birliyin üzvü, şəhid ailəsi, Milli Qəhrəman Ərəstun Mahmudovun həyata yoldaşı Rəhilə Babayeva, müəllimlər, mədəniyyət və səhiyyə təşkilatlarının işçiləri və valideynlər iştirak etmişlər.

"Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyinin Mətbuat xidməti
Bakı şəhəri, 13 may 2011-ci il

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union