Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov dünyasını dəyişib. Ustad xanəndə Qədir Rüstəmov həm də “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü idi.
Uzun sürən xəstəlikdən sonra 14 dekabr 2011-ci il tarixində İstanbulun Acıbadem Xəstəxanasında vəfat edən Azərbaycanın xalq artisti Qədir Rüstəmovun cənazəsi bu gün gecə saatlarında Bakıya gətirilmişdir. Qədir Rüstəmovun cənazəsini qarşılayanlar arasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev və onlarla üzvlərimiz var idi.
Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada yaşamış və xanəndə kimi yetişmişdir. Özünəməxsus ifa tərzi ilə əsil xalq artisti kimi xalqın sevgisini qazanmışdır. Milli musiqi mədəniyyəti sahəsində nailiyyətlərinə görə Qədir Rüstəmov Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları radionun fondunda saxlanılır.
Qarabağ, Ağdam həsrəti ilə dünyasını dəyişən Qədir Rüstəmovla vida mərasimi bu gün saat 12:00-da Bakı Musiqi Akademiyasında başlanacaq. Yas mərasimi 3 gün Təzə Pir məscidində davam edəcəkdir.
Gözəl insan, sevimli xanəndə Qədir Rüstəmovun əziz xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır!
ALLAH RƏHMƏT ELƏSİN!
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD