"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Qarabağ regionu üzrə Nümayəndəliyinin rəhbəri və "Əlillər Dünyası" qəzeti Redaksiya Heyəti üzvü Həsənağa Bayramovun təşkilatçılığı ilə Tərtər şəhəri 6 saylı tam orta məktəbdə "İgidlər ölməz, Vətən bölünməz"! adlı tədbir keçirilmişdir. Tədbir 1992-ci il yanvarın 25-26-da keçirilmiş Daşaltı əməliyyatı şəhidlərinin əziz xatirəsinə həsr edilmişdi.
Həmin döyüşdə şəhid olanlar arasında Tərtər şəhərində doğulub-böyümüş Rafiq Nuriyev və Rövşən Səfərov da var idi. Onlar Əfqanıstan müharibəsi veteranı idilər. 1991-ci ildən isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllülər batalyonunda döyüşüblər. Rafiq Nuriyev 6 saylı məktəbi bitirmişdi. Hazırda tədbirin keçirildiyi həmin məktəbə şəhid Rafiq Nuriyevin adı verilib. Tədbirdə şagirdlərin ifasında vətən və şəhidlər haqqında şerlər, mahnılar səsləndi. Sonra ehsan süfrəsi açıldı. Şəhidlərin tanıdılması və ruhunun yad edilməsi üçün belə tədbirlərin keçirilməsi eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə də müsbət təsir edir. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, şəhidlərin ailə üzvləri, Tərtər şəhər dövlət təşkilatları və ictimaiyyət nümayəndələri, müharibə veteranları iştirak edirdilər.
Bildiririk ki, 26 yanvar tarixində şəhid Rövşən Səfərovun anadan olduğu Tərtər şəhər Sarıcalı kəndində də şəhidlərin xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulub.
Onu da qeyd edək ki, Həsənağa Bayramov da Qarabağ müharibəsi veteranı və ehtiyatda olan polis əməkdaşıdır.
Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən
25.01.2019
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD